Bakıda narkotik yetişdirən polis mayoruna hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Rzayev 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Rzayev Bakının Xəzər rayonu, Qala qəsəbəsində özünəməxsus bağ evinin həyətində 50 ədəd çətənə kolunu qanunsuz olaraq yetişdirib.
Ona Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var