Çingiz Abdullayevdən sərt "26" açıqlaması: "İsraildə, Amerikada bizə gülürlər"
Məşhur yazıçı Çingiz Abdullayev bildirib ki, Yazıçılar İttifaqının rəhbərlərinin həmin birliyin binasında yerləşən qalmaqallı “Twenty Six” (“26”) kafesinə heç bir aidiyyatı yoxdur. Başıbəlalı kafe dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə qanunsuz olaraq bağlanıb.
“Hərdən fikirləşirəm ki, hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Azərbaycan Yazıçılar İttifaqının baş katibi Çingiz Abdullayev özünün “Facebook” səhifəsində yazıb:
"Dərhal qeyd edim ki, Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyatı yoxdur! “Şadlıq evi” və restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər.
“26” rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir! Cümə axşamı günü tarixçilərdən biri bu rəqəmdən hiddətə gəlib və artıq cümə günü restoranın sahibinə təklif edilib ki, onun adını dəyişsin. O da razılaşıb. Bunun birlikdə, əlavə edib ki, maşınının da nömrəsi “26” ilə bitir və bu tarix onun ad günü ilə bağlıdır. Lakin əgər açılışdan illər keçdikdən sonra bu cür assosiasiyalar yaradırsa, adı dəyişmək ən yaxşı çıxış yoludur. Son nəhayətdə bu, xalqımız üçün kifayət qədər ağrılı mövzudur. Elə həmin səhər adı dəyişmək fikrində idi.
Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?
Artıq İsraildə, Amerikada, Rusiyada camaat gülür. Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, maşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?