“Bu yaşımda durub vəzifə davası edəcəm?!” - Ayaz Mütəllibov “Rusiyanın adamıdır” iddiasına cavab verdi
“Bunların hamısı cəfəngiyyatdır. Mənim baş nazir olmaq iddiam yoxdur. Bu cür məsələləri niyə ortalığa atırlar ki?!. Hamımız öz yerimizdə nazirik. Amma bu yaşımda durub vəzifə davası edən deyiləm”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov son günlər mətbuatda haqqında yazılanlara münasibət bildirərkən deyib.
Eks-prezident “Rusiyanın adamı” olması iddialarına da cavab verib.
“İllərdir ki, məni “Rusiyanın adamı” kimi qələmə verirlər. Axı niyə?! “Rusiyanın adamı” olsaydım, bu gün vəzifədə oturardım. Sığınacağımı Rusiyada tapmağımın da başqa səbəbi yoxdur. Əvvəla, o zamanlar SSRİ-də vəzifədə çalışmışdım. İkincisi, qonşu dövlət olaraq bizə ən yaxın Rusiya olub. Ona görə də canımı götürüb Rusiyaya üz tutmuşdum. Halbuki, Rusiyaya üz tutanda heç də məni gül-çiçəklə qarşılamayıblar. O vaxtlar İngiltərəyə, Fransaya üz tutmayacaqdım ki! Məni “Rusiyanın adamı” adlandıran “siyasi xadimlərin” özü daha çox “Rusiyanın adamı” olub”.
Qeyd edək ki, mətbuatda eks-prezidentin tərəfdarlarının 2018-ci il seçkilərindən sonra Ayaz Mütəllibovun yüksək posta təyin ediləcəyinə dair təbliğat aparmaları barədə xəbər yayılıb. Bildirilib ki, son günlər eks-prezident Ayaz Mütəllibov siyasi baxımdan fəallıq göstərməyə başlayıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var