Sabiq MTN polkovniki dələduzluqda ittiham olunur - MƏHKƏMƏDƏN
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə şahidlər ifadə verib.
Şahid qismində Əlihüseyn Mahirov dindirilib. O, oğlunun həbsdən buraxılması üçün gəlini Səriyyə Tahirova tərəfindən təqsirləndirilən şəxslərə 147 min manat verildiyini deyib:”Pulları qohumun Ceyhun İbayev alıb. Vüqar Əsədov məni Lənkərana, Lerikə apardı. Guya bu işi onun əmisi həll edəcəkdi. Günah Ceyhun İbayevdədir. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün deməyib".
Təqsirləndirilən C.İbayev məhkəməyə bildirib ki, pulun geri qaytarılması ilə bağlı V.Güləliyev 30 min manatı öz boynuna götürüb, bir nəfərlə görüşüb pul gətirəcəyini deyib. Amma o gedən gedib.
Təqsirləndirilən V.Güləliyev isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını bildirib: "Bu pulun 77 min manatından xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq".
Şahid qismində zərərçəkmiş Səriyyə Tahirovanın bacısı Zemfira Əhmədova ifadə verib. İfadəsində bacısının həyat yoldaşını həbsdən azad etdirmək Ceyhun İbayevə pul verdiklərini göstərib.
Hakim prosesə gəlməyən digər şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var