Elektron jurnala qiymət səhv yazılıbsa, düzəltmək mümkündürmü?
“Rəqəmsal məktəb” platformasında davamiyyət və qiymətləndirmə ilə bağlı texniki səhvin düzəldilməsinin mümkün olub olmadığına aydınlıq gətirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova “Təhsil TV”də yayımnanan “Təhsil saatı” verilişində danışıb.
O bildirib ki, fənn müəllimləri “Rəqəmsal məktəb" platforması üzərindən 45 dəqiqə ərzində davamiyyət, nizam-intizam və formativ qiymətləndirmə ilə bağlı hər bir şagird barədə qeyd apara bilirlər:
"Qiymətləndirmə dediyimiz gündəlik olaraq aparılan formativ qiymətləndirmədir. Bildiyiniz kimi, fənn müəllimi sinfin üçdə iki hissəsini 10 gündən bir formativ qiymətləndirməlidir. Bu qiymətləndirmə müəllimin şəxsi qeydidir. Şagird dərsə hazırlıqlı gəldi, aktiv oldu, iştirak etdi və s. Burada şagirdin dərsə hazırlığını ölçən 5 şkalalı ölçü sistemi də var ki, orada da müəllim qeydiyyat aparır.
Hazırda tədris ilinin əvvəlidir və platforma da yeni olduğundan müəllimlər üçün müəyyən güzəşt müddəti müəyyən edilmişdi. Amma bu gündən etibarən müəllimlər gündəlik olaraq qiymətləndirmələrini aparmalıdırlar.
Davamiyyətlə bağlı qeydlər və qiymətləndirmədə hər hansısa yanlışlıq olarsa, bunu düzəltmək mümkün olmayacaq.
Bildiyiniz kimi, məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr də aparılır və bu qiymətləndirmə şagirdin illik qiymətlərinə və yekunda da attestat qiymətinə təsir edəcək.
Bu hissədə hər hansısa bir yanlışlıq olarsa, qiymətləndirmə səhv aparılarsa və valideynlərdən bununla bağlı müraciətlər olarsa, o zaman yenidən baxış keçirilə və dəyişiklik edilə bilər. Lakin, dediyim kimi, burada dəyişiklik yalnız valideynin ərizəsi ilə mümkündür".

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub