“Sipark İnşaat” 6 ildir evimizi təhvil vermir – Şikayət
“Sipark İnşaat” şirkətinin Bakının Təbriz küçəsində inşa etdiyi pilot layihənin tikintisi illərdir yekunlaşmır. Sözügedən binadan mənzil alan sakinlər illərdir kirayələrdə qalmaqdan təngə gəliblər.
Tribunainfo.az-a yazan sakinlər bildirib ki, artıq 6 ildir kirayədə qalıblar. 6 ildir onlara binanın tezliklə təhvil veriləcəyi deyilsə də, heç bir yenilik yoxdur. Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir. Sakinlər bildirib ki, onlar kirayələrə köçürülən zaman bina təhvil verilənə qədər kirayə haqlarının ödəniləcəyi deyilsə də, artıq o da ödənmir. Sakinlər 6 ildir həm evlərindən olublar, həm də əlavə xərcə düşərək aylıq kirayə haqqı ödəyirlər. Problemləri ilə əlaqədar müraciət etmədikləri yer qalmayan sakinlər gözləməkdən bezib. Sakinlər tezliklə şirkətlə bağlı tədbir görülməsini, onları şəxsi mənzilləri ilə təmin edilməsini tələ edir.
Qeyd edək ki, qalmaqallı tikinti şirkəti olan “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri də ya yarımçıq dayanıb, ya işlər çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır. “Sipark”ın və onun rəhbəri Seymur İsayevin adı da tez-tez müxtəlif qalmaqallarda çəkilir.(Tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub