SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Tarix:

12-02-2025, 15:55

/ 2 279 dəfə oxundu.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

 Azərbaycanın 30 ilə yaxındır ki, fəal iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verir.
Azərbaycan Davosada yüksək etimad qazanmış ölkədir. Ölkəmiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb. Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. Həmçinin 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Yanvarın 20-24-də keçirilən 55-ci Forum şərçivəsində cənab Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlər, hökumət üzvləri ilə apardığı siyasi dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Forum çərşivəsində həm də Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Fevralın 11-də efirə gedən müsahibədə Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunulub. Qeyd edilib ki, Azərbaycan-ABŞ əlaqələrinin çox uğurla inkişaf etdiyi Donald Trampın ABŞ-a rəhbərlik etdiyi vaxtlan fərqli olaraq son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimiz tamamilə korlanmışdı. Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Ölkə başçısının müsahibəsində Avropa liderləri arasında Prezident Trampla bağlı ciddi qeyri-müəyyənlik, ciddi narahatlıq olduğunu qeyd edib. Səbəbi isə çox sadədir. Son 4 il ərzində, yəni cənab Trampın prezident olmadığı dövrdə hamı onların bəzilərinin Donald Trampa qarşı necə münasibət göstərdiyi məlum idi. indi artıq ABŞ tərəfindən ilk cavab tədbirləri görülür, Kanada və onun Baş nazirinə qarşı təhdidlər göz qabağındadır.
 “Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, - deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.
Prezident İlham Əliyev öz müsahibəsində həm də qeyd edib ki, “Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.
Türkan Cümşüdova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ