SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Başı biznesə qarışan AzTV sədri yenə gündəmdədir - İTTİHAM VAR

Başı biznesə qarışan AzTV sədri yenə gündəmdədir - İTTİHAM VAR

Tarix:

31-01-2017, 10:29

/ 2 148 dəfə oxundu.
Başı biznesə qarışan AzTV sədri yenə gündəmdədir - İTTİHAM VAR

Son illərdə ən çox tənqid olunan məmurlardan biri – AzTV sədri A.Alışanov yenə medianın “qəhrəmanına” çevrilib. Müğənni Aslan Hüseynovun onun barəsində etdiyi tənqidi çıxışın videosu yenidən Yutub-dan götürülərək sosial şəbəkələrdə yayılır. AzTV rəhbərinin nəzakətsiz davranışda, həmçinin “mədəniyyətsizlikdə və səviyyəsizlikdə” ittiham olunduğu bu çıxışa son iki gündə 250 min istifadəçi baxıb, ona ünvanlanan minlərlə tənqidi şərh yazılıb.
Yaxın günlərdə AzTV-nin tanınmış rejissoru, əməkdar incəsənət xadimi Nazim Zeynalov da işdə üzləşdiyi ədalətsiz münasibətə görə Arif Alışanova mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qalıb. Rejissor mətbuata açıqlamasında deyib ki, bir il əvvəl xüsusi olaraq yenidən işə dəvət edilib, lakin indi ona normal çalışmaq üçün imkan verilmir. Sədrin çevrəsindəki vəzifəli şəxslərdən şikayətlənən N.Zeynalov proqram direktoru, “səriştəsiz və qeyri-peşəkar” adlandırdığı İlham Alışanovu adlı şəxsi tənqid edib.
AzTV-nin mətbuat xidməti bu müraciəti “daxili məsələ” adlandıraraq, şərh verməkdən imtina edib. Qurumdakı başqa bir mənbə isə bildirib ki, telekanalda çox adamlar N.Zeynalov kimi qeyri-müəyyən vəziyyətdədir və bunun əsas səbəbkarı sədr Arif Alışanovdur. “O, adamlara sözü birbaşa demir, əlaltılarının vasitəsilə onları psikdirməyə çalışır, 10 ildir ki, üzləşdiyimiz belə taktika sədrin iş üsuludur”- deyə, mənbə bildirib.

Mənbə onu da bildirib ki, A.Alışanov geniş biznes fəaliyyəti ilə məşğul olması səbəbindən iş yerinə az-az gəlir. Məlumata görə, o, hazırda Bakıda yaşayış binası, Şamaxıda mehmanxana, Xızıda villa tikir, bundan başqa Quba və Xaçmazda torpaq alış-verişi ilə məşğuldur. Ona görə də telekanalda dərəbəylikdir.

Şərhlər

XƏBƏR LENTİ