SON DƏQİQƏ
XalqXeber.Az » Bakıda atışma - 3 nəfər güllələndi

Bakıda atışma - 3 nəfər güllələndi

Tarix:

10-03-2023, 15:17

/ 485 dəfə oxundu.
Bakıda atışma - 3 nəfər güllələndi

 
Bakıda atışma olub.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: "Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ