SON DƏQİQƏ
XalqXeber.Az » Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)

Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)

Tarix:

17-02-2023, 10:12

/ 304 dəfə oxundu.
Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)

 
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib.

Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır.

***

09:47

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

***

09:18

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı mikroavtobus Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ