SON DƏQİQƏ
XalqXeber.Az » Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb

Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb

Tarix:

6-02-2023, 10:50

/ 283 dəfə oxundu.
Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb

 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.

Xalqxeber.az“CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı deputat özü açıqlayıb.

Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı və övladları dağıntılar altında qalıb.

Yayman Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.

Şərhlər

XƏBƏR LENTİ