“Dərinləşən media islahatı”nda ağır söyüşlər eşidilib
Şuşada 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” konfransında dava düşüb, söyüşlər göydə uçuşub.
Orda iştirak edən jurnalistlərdən birinin "Time TV"-yə verdiyi məlumata görə, özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Bizə 4 həmkarımız olayın baş verdiyini təsdiqləyib. Onlar bu tərbiyəsizlikdən hiddətlənib, şəhidlərin qanının töküldüyü yerdə təhqirlərin yağmasının onlara təsir etdiyini deyiblər.
Jurnalistlər bildiriblər ki, Şuşada, İsa bulağında haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, qafqazinfo.az saytının redaktoru Elbrus Ərud və şoumen, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər. Sərxoş vəziyyətdə hər kəsin yanında söyüşlər söyməkdən çəkinməyiblər.
Bu olaya etinasız qalmayan Şuşa komendantının müşaviri Zaur Həsənov onlara, - “Burda igidlərimiz şəhid olub, heç olmasa, onların ruhu xatirinə ədəbli olun”, - deyib sakitləşdirməyə çalışsa da, Eynulla Fətullayevlə Elbrus Ərud onu da, şəhidləri də ağır söyüşlərlə təhqir ediblər.
Bu hadisələr prezidentin köməkçisi Hikmət Hacıyevin, digər rəsmilərin, bir sözlə, bütün qonaqların gözü qarşısında baş verib.
Hətta tədbirdə iştirak edən qazilərin xahişlərini də dinləməyiblər.
Uzun mübahisədən sonra onları sərxoş vəziyyətdə hotelə yerləşdiriblər.
Adıçəkilən şəxslərin mövqelərini dinləyə, səsləndirə və ya dərc edə bilərik.“Dərinləşən media islahatı”nda ağır söyüşlər eşidilib

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?