SON DƏQİQƏ
XalqXeber.Az » Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

Tarix:

22-07-2022, 10:22

/ 403 dəfə oxundu.
Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

 
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsi və Milli Təhlükəsizlik Xidməti erməni mediasında guya türkiyəli hərbçilərin Ermənistanın Araqatsavan kəndində dövlət sərhədini keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Xalqxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Sərhəd İdarəsinin Mətbuat xidməti yayıb. 

“Sözügedən məlumat həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik rejimdə həyata keçirilir”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, guya türkiyəli üç hərbçi sərhədi keçərək erməni çobanları əsir götürüb. İddialara görə, çobanlar Rusiya tərəfinin köməkliyi ilə geri qaytarılıb.

Şərhlər

XƏBƏR LENTİ