XalqXəbər.Az

“Facebook” eynixüsusiyyətli insanları cütləşdirəcək - FOTO

yüklənir...
“Facebook” eynixüsusiyyətli insanları cütləşdirəcək - FOTO
31-08-2018, 16:42
yüklənir...

“Facebook” ortaq xüsusiyyətləri olan istifadəçilərin bir-biri ilə əlaqə qurmasına şərait yaradacaq.

Aylıq aktiv 2,23 mlrd. istifadəçi sayı ilə dünyanın ən populyar sosial şəbəkəsi olan “Facebook” diqqətçəkən yeni funksiyasını işə salacaq.

Rəy bölməsinə əlavə edilməsi planlaşdırılan “things in common” (ortaq xüsusiyyətlər) həşteqi istifadəçilərin tanımadıqları, ancaq ortaq xüsusiyyətləri olan şəxsləri tanımasına imkan yaradacaq

Məsələn: Hər hansı paylaşımın altında yazılan rəyləri oxuyarkən sizinlə eyni universitetdən məzun olan şəxsləri göstərən həşteq görəcəksiniz.

Bildirilir ki, istifadəçilərin bir-biri ilə əlaqə yarada biləcəyi xüsusiyyətlər sırasına iş yeri, üzv olduğunuz qruplar və s. də ola bilər.

Qeyd edək ki, şirkət bu funksiyadan istifadəni paylaşımları hər kəsə açıq olan istifadəçilərə təqdim edəcək.

Hazırda bu funksiya ABŞ-da bir qrup istifadəçi arasında test versiyada işləyir.
“Facebook” eynixüsusiyyətli insanları cütləşdirəcək - FOTO
“Facebook” eynixüsusiyyətli insanları cütləşdirəcək - FOTOскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.