SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Böhran QHT-ləri də “vurdu”, hakimiyyət fond pulunu yarıbayarı kəsir

Böhran QHT-ləri də “vurdu”, hakimiyyət fond pulunu yarıbayarı kəsir

Tarix:

26-01-2017, 09:20

/ 1 507 dəfə oxundu.
Böhran QHT-ləri də “vurdu”, hakimiyyət fond pulunu yarıbayarı kəsir

İqtisadi böhran Qeyri-Hökumət Təşkilatlarına ayrılan pulların yarıbayarı azaldılması ilə nəticələnə bilər

Bu barədə verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantların məbləğinə yenidən baxacağı gözlənilir.

Maliyyə problemləri QHT sektoruna ciddi şəkildə təsir etməkdədir. Hələ ilk devalvasiyadan sonra fondlara və təşkilatlara çatan pulların məbləği endirilmişdi. Postneft dövrünə keçid və iqtisadi vəziyyətin pisləşməsi isə bu vəsaitlərin daha da azalmasına gətirib çıxara bilər.

İlk növbədə də hökumətdən maliyyələşən QHT-lər böhranla üzbəüz qalıb. Onlar əvvəlki vəsaitləri ala bilmirlər. Azərbaycanda dörd mindən artıq QHT qeydiyyatdan keçib.

4 milyon əhalisi olan Gürcüstandakı QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1.5 milyondan az olan Estoniyada isə 34 mindən çoxdur. Azərbaycanda qeydiyyatı olan QHT-lər üçün belə, iş mühiti son illərdə olduqca pisləşib.

qeyd olunur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2016-cı il üzrə üçüncü qrant müsabiqəsinə QHT-lər tərəfindən 233 layihə təklifi daxil olub ki, onlardan da 24-ü sənəd çatışmazlığı səbəbindən ilkin seleksiyadan keçməyib.

209 layihə isə ekspertizaya təqdim olunub. Bunlardan 84 layihə keçid balını toplaya bilib. Ona görə də Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 84 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maksimum dərəcədə dəstək verməyə çalışır. Ancaq iqtisadi böhran bu sektorun imkanlarını daraldıb.

Ölkədə mövcud olan böhran bütövlükdə dövlət sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir.

Elə bir ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir.Dünyadaiqtisadi böhranın dərinləşməsi Azərbaycanda QHT-yə dövlət dəstəyinə yenidən baxılmasına gətirəcək.

Dövlət Dəstəyi Şurasının müsabiqələrində işirtak edən QHT ildə bir dəfə o müsabiqənin qalibi olarsa, belə bir proqram keçirmək imkanlarına malik ola bilər. Ancaq müsabiqənin qalibi olmayanlar və müsabiqədə iştirak etməyənlər dövlət dəstəyindən məhrumdurlar.

Onu da deyək ki, bəzi hallarda müəyyən xarici donor təşkilatlar yalnız eyni QHT-lərə qrant veriblər.

Çox təəssüf ki, bir sıra hallarda da bəzi QHT həmin qrant vəsaitlərini təyinatı üzrə xərcləməyiblər. Hətta onlardan sui-istifadə halları ilə bağlı da müxtəlif KİV-də məlumatlar gedib.

Ayrı-ayrı şəxlər olub ki, vəsait hesabına daxil olandan sonra, həmin vəsaiti öz şəxsi depozit hesabına keçiriblər. Bəzi hallarda 30-40 şəxsi depozit hesabı açıblar.

Təşkilata daxil olan vəsaitlərin sonradan şəxsi depozit hesabına keçirilməsi şübhəsiz ki, qeyri-qanunidir. Buradan dividentlər, faizlər əldə ediblər. Bu da müəyyən problem yaradıb.

Şərhlər

XƏBƏR LENTİ