yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Teymur Abdullayevin də hesabından pul oğurladılar

Teymur Abdullayevin də hesabından pul oğurladılar
16-06-2017, 15:07 110 081 dəfə baxılıb

Bu gün DTX və DİN bank kartından internet üzərindən oğurluq edən şəxsin saxlanılması haqda məlumat yayıb. Qeyd edilib ki, Əli Əliyev Qızqayıt Abbasovanın kartından 207 manat pul oğurlayıb.

Xalqxeber.Az xəbər verir ki, oxşar əməlin qurbanı təkcə Q.Abbasova olmayıb.

Belə ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin eks-əməkdaşı, jurnalist Teymur Abdullayevin də kartından bu ərəfədə pul oğurlanıb: “Ötən ayın 13-də saat 15:49-da mənim də “Kapitalbank”dakı kartımdan 100 manat internet üzərindən oğurlanıb. Həmin məbləğ kartımdan e-pul.az saytına köçüb. Lakin saytın qaynar xəttindən bildirdilər ki, mənim hesabımdan pul başqa hesaba köçüb. Nə qədər istəsəm də həmin hesabı mənə demədilər. 199 qaynar xəttindən də dedilər ki, polisə müraciət edim. Mən də pulun diriləcəyinə inanmadığımdan müraciət etmədim. İndi düşünürəm ki, kartımdan pul çəkən adam elə DİN və DTX tərəfindən saxlanılan adamdır. Çünki bank də eynidir, tarix də üst-üstə düşür. Xanımın kartından 11 mayda, mənim kartımdan 13 mayda çəkilib”.

Qeyd edək ki, bu ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ogurladilar, Teymur, de, hesabindan, pul, Abdullayevin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ