yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sabah yağış yağacaq, leysan olacaq - Xəbərdarlıq

Sabah yağış yağacaq, leysan olacaq - Xəbərdarlıq
12-06-2017, 13:50 66 223 dəfə baxılıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22
dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bəzi rayonlarda iyunun 12-dən 13-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yagish, Xeberdarliq, olacaq, , leysan, Sabah, yagacaq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ