yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İranda naxçıvanlı taksi sürücülərinə BASQI VAR - “İranda bizə qarşı təzyiqlər şiddətlənir”

İranda naxçıvanlı taksi sürücülərinə BASQI VAR - “İranda bizə qarşı təzyiqlər şiddətlənir”
19-05-2017, 14:02 121 154 dəfə baxılıb
yüklənir...

“Hürriyyət” Bakıdan İran İslam Respublikası vasitəsilə Naxçıvana gedən sürücülərin İran gömrüyündə yaranan çətin prosedurlardan, süni maneələrdən, yol boyu onlara qarşı edilən kobud davranışlardan və bu kimi problemlərdən şikayətləri barədə hələ ötən il yazı dərc eləmişdi. Yazıda İran gömrük məntəqəsində azərbaycanlı sürücülərdən tələb olunan rüşvətin iki ölkənin dostluğuna, tarixi münasibətlərinə xələl gətirməsindən bəhs olunurdu.

Daxil olan məlumata görə, sözügedən problem davam etməklə yanaşı, azərbaycanlı taksi sürücülərinə təzyiqlər daha da artıb.

10 gündür taksi sürücülərimizin İrandan keçidinə qadağalar var...

Bu günlərdə Naxçıvan Muxtar Respublikasından olan bir qrup şikayətçi “Hürriyyət” qəzetinə müraciət edərək bildiriblər ki, 10 günə yaxındır Azərbaycandan olan taksi sürücülərinin İran İslam Respublikasında fəaliyyətinə ciddi şəkildə əngəl yaradılır.

“İranda hücum etdilər, az qaldı bizim sürücünün maşını aşsın”

Şikayətçilərin sözlərinə görə, onların fəaliyyətinə əsasən İranın taksi sürücüləri maneələr yaradır, hətta bu işə məmurlar da cəlb edilir: “İranın taksi sürücülərti öz məmurlarına haqsız yerə şikayət ediblər ki, guya biz onların müştərilərini əllərindən alırıq. Halbuki bizim sürücülər İrandan tranzit keçir. Biz İran ərazisindən müştəri götürmürük ki, onların çörəyinə bais olaq. Biz müştərilərimizi yalnız Naxçıvandan, ya da Bakıdan götürüb birbaşa öz ölkəmizdəki ünvanına çatdırırq. 10 gün olar ki, İranda taksi sürücüləri və onların arxasında dayanan yerli polis geyimli şəxslər bizim taksi sürücülərinin gömrükdən keçməsinə qadağalar yaradırlar. Bu İranın Culfa, Biləsuvar, Astara gömrüyündə baş verir. İranda Azərbaycandan olan taksi sürücülərinin maşınından müştəriləri zorla endirib, öz sürücülərinin avtomobilinə mindirirlər. O günləri hücum etdilər, az qaldı ki, bizim taksi sürücüsünün avtomobili aşsın. O təzyiqlərdən sonra cəmi iki dəfə bizim sürücülər Naxçıvandan İran vasitəsilə Bakıya keçə bilib. O da İran Konsulluğunun Naxçıvandakı nümayəndələyinə müraciət əsasında baş tutub”.

“İranın polisi haqlı-haqsız öz sürücülərinin tərəfini saxlayır”

Şikayətçilərin sözlərinə görə, bizim taksi sürücülərinin İrandan keçməsi üçün hər dəfə rəsmi danışıqlara ehtiyac yaranır: “Naxçıvandakı İran Konsulluğunun nümayəndəsi sərhəddə İrandan olan polislərlə xeyli danışıqlar aparandan sonra bu mümkün olur. Amma polis xəbərdarlıq edib ki, bu dəfə keçsinlər, bir də keçmələrinə imkan verilməyəcək. Haqlı-haqsız İranın poilisi öz vətəndaşlarının tərəfini saxlayır. Ona görə də biz çarəsiz vəziyyətdə qalırıq”.

Məsələyə xarici işlər nazirliyi, konsulluqlar qarışıb, amma...

Sürücülər Naxçıvanda Xarici İşlər Nazirliyinə də müraciət ediblər. Nazirlikdən isə Azərbaycanın Təbrizdəki konsulluğuna ismarıc göndərilib. Təbrizdəki konsulluqdan Naxçıvanlı taksi sürücüləri haqda rəsmi məlumatlar istənilib və bu məlumatlar da göndərilib: “Biz məcburuq ki, hər dəfə Təbrizdəki konsulluğun nümayəndəsini keçid məntəqəsinə dəvət edək, onlar İrandakı məntəqədə polis rəisiyilə danışıqlar aparsın. Bu isə davamlı ola bilməz”.

“Asta sür maşını, amandı sürücü...”

Sürücülərimiz Azərbaycandan olan vətəndaşların İranda dəfələrlə təhqir olunmalarının şahidi olduqlarını da deyirlər: “Dəfələrlə şahid olmuşuq ki, bizim vətəndaşları İran taksi sürücüləri təhqir edib, 1-2 manata görə, aşağılayıblar. Fakt budur ki, biz başqa ölkənin ərazisində onlara heç nə deyə bilmirik. Əksəriyyəti cüssəli cavan sürüclərdir, mübahisə düşəndə də yad torpaqda adamı təkləyirlər, yüzü birdən müdafiəyə qalxır. Ona görə bizimkiləri təhqir də edirlər. Naxçıvanlı sürücüylə getməyin üstünlüyü ondadır ki, bizim vətəndaş sürücüdən narazı qalanda öz polisimizə müraciət edə bilir. Amma iranlı sürücüylə getdiyində nə narazılığı olsa da iran polisi öz vətəndaşını müdafiə edir. Bizim sürücülərimiz bu yolda peşəkarlaşmış, 10-15 ildir bu işlə məşğul olan sürücülərdir. Və insanlar təbii ki, tanyıb, etibar etdiyi sürücülərlə yola çıxmaq istəyər. Aramızda elə sürücü var ki, 30 ildir bu yolda işləyib, bir dəfə yol qəzası olmayıb. Əslində isə İran yolunda işləyən taksi sürücülərimiz ölümü gözünün altına alan insanlardır. Çünki İrandan Naxçıvana gedən yollar təhlükəlidir, aşrımlıdır, hər dəfə o yolu gedəndə yol qəzaları, ölüm hadisələrinin şahidi oluruq. Amma bu da bizim işmizdir, ailəmizə çörəkpulu aparırıq. Dəfələrlə olub ki, biz taksi sürücülərinin üstünə maşın sürüblər, yolda qəza şəraiti yaradıblar. Demək olmaz ki, İranda bütün taksi sürücüləri belədir, amma əksəriyyəti kobudluq eləyir. Hətta bir qismi narkotik alüdəçisi olduğuna görə, onlarla yola çıxmaq təhlükəlidir. Çox hallarda şahidi olmuşuq ki, İrandan olan sürücülər bizim vətəndaşlara deyib ki, o taksiyə minmə, çünki onun sürücüsü “ağ çəkir”. İranda kimsəyə nə şikayət edə bilirik, nə də narazılıq”.

“İranda yersiz cərimələrdən cana doymuşuq”

Yerli-yersiz cərimələrdən zinhara gələn şikayətçilər problemlərini hara deyəsəklərini, kimə üz tutacaqlarını bilmirlər: “10 gün olar ki, İran polisləri bizim taksi sürücülərinə 30 manat cərimə yazıb. Səbəbi də deyilmir. Halbuki nə islami qaydaları pozuruq, nə öz dövlətimizin qaydalarını. Dövlətlərarası razılaşdırılmış qaydalara uyğun avtomobilimizi idarə edirik. Bizim taksilərdən standart olaraq hər keçəndə 50 manat dövlət rüsumu, 10 manatlıq sığorta pulu alınır. Fərdi sürücülərdən isə daha çox tələb olunur. İran sürüclərinə yanacağın qiyməti 15 qəpikdi, bizim sürücülərə 30 qəpiyə. İrandakı yanacaq keyfiyyətsiz, yağsız quru olduğuna görə, maşınlarımıza ziyan edir, ona görə biz yanacaq bakını Azərbaycandan doldurub gedirik. Buna baxmayaraq yenə də, bizdən yanacaqpulu alınır. Buna da etiraz edəndə bizimlə kobud rəftar edirlər”.

İran səfirliyinin rəsmisi: “Bu məsələnin səfirliyə nə aidiyyatı?

Məsələ ilə əlaqədar İran İslam Respublikasının Bakıdakı səfirliyinə müraciət etdik. Mətbuat əlaqələndiricisi bizi dinləsə də könülsüz cavab verdi. Bildirdi ki, bu məsələnin əslində İran səfirliyinə aidiyyəti yoxdur: “Bu məsələnin İran səfirliyinə nə aidiyyatı? (?!-red.) Amma bütün hallarda vətəndaşlar rəsmi məktubla müraciət eləsələr, problem araşdırılar və müvafiq cavab verilər”.

Xarici İşlər Nazirliyinin nümayəndəsi problemə “məişət” prizmasından baxır

Xarici İşlər Nazirliyinin mətbuat əlaqələndiricisi isə bu problemi “məişət məsələsi” adlandırdı və tövsiyə elədi ki, şikayətçilər Naxçıvandakı XİN-ə müraciət etsinlər.

Taksi sürücülərimiz isə hesab edir ki, İranda onlara qarşı kobud münasibətin bu şəkildə davam etməsinə səbəb həm də XİN-in məsələyə “məişət mövzusu” kimi yanaşması, Azərbaycan vətəndaşlarının taleyinə biganəliyidir: “Bu cür laqeydliyin nəticəsidir ki, dövlətlərarası razılaşmalara baxmayaraq, İrandan keçəndə biz hər dəfə ölümü göz altına alırıq. Xarisi İşlər Nazirliyi öz vətəndaşının təhlükəsizliyinə zamin durmursa, bəs onların görəvinin adı nədir?! Nazirliyin müvafiq qurumları hara baxır ki, xarici ölkə vətəndaşları ilə bizim vətəndaşların münasibətləri tənzimlənmək əvəzinə getdikcə dərin problemə çevrilir? Belə çıxır ki, hər iki dövlətin vətəndaşlarının münasibətlərinin həllolunmaz münaqişəyə çevrilməsinə məhz belə laqeyd məmurlar rəvac verirlər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: randa, naxchivanli, VAR, qarshi, BASQ, randa, , shiddetlenir, bize, taksi, tezyiqler, suruculerine
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ