yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

Eks-deputatın əmlaklarının dəyəri açıqlanacaq

Eks-deputatın əmlaklarının dəyəri açıqlanacaq
20-04-2017, 17:27 86 144 dəfə baxılıb
yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev ifadə verərək deyib ki, D.Xəlilovun adına kreditləri İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin göstərişi ilə verib.

D.Xəlilov isə şirkətlərin yaradılması ilə bağlı bankda E.Mustafayevlə görüşdüyünü deyib. Qarşı tərəf bunu təkzib edərək həmin görüşün onunla yox, C.Hacıyevlə keçirildiyini bildirib.

Dövlət ittihamçısının təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklarının dəyərinin müəyyən olunması üçün ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilib.

Ekspertin rəyi verilənə kimi proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına köçürülüb.

D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiş rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb.

Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ