XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Keçmiş deputata hökm oxunacaq

Keçmiş deputata hökm oxunacaq

Keçmiş deputata hökm oxunacaq
24-07-2017, 12:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə D.Xəlilov son sözünü deyib.

O bildirib ki, xarici layihələrə pulların ayrılması Beynəlxalq Bankın o vaxtkı rəhbərliyinin qərarı olub: “Biz bunları həyata keçirə bilməzdik, bu, bankın öz təşəbbüsüdür. Həmin pullar birbaşa bankla transfer olunub. Sənədlərdə də açıq görsənir ki, pullar haradan götürülüb, hara göndərilib. Barəmdə bəraət hökm verilməsini istəyirəm”.

Hakimlər keçmiş deputata hökm oxumaq üçün müşavirəyə çıxıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.