yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Televiziya və radiolarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq

Televiziya və radiolarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq
14-04-2017, 11:37 108 584 dəfə baxılıb

Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanaq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək

Məlumata görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 12-ci (Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği) maddəsində qeyd olunur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı, bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Bu verilişlərin 45 dəqiqəsi saat 17:30-23:00 arasında olmaqla, saat 08:00-23:00 arasında yayımlanmalı, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.

Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tütün, Milli, radio, televiziya, Yayımı, Televiziya, Şurasına, Radio, istifadəsinin, barədə, təsiri, arasında, verilişlərin, dəqiqədən, verilişlər, zərər, sağlamlığa, dəstəyi, vuran, digər
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ