yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gəncləri seks tələsinə salan qız məhkəmə zalında həbs olundu

Gəncləri seks tələsinə salan qız məhkəmə zalında həbs olundu
11-04-2017, 15:54 58 401 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Arifə Musayevanın ev dustaqlığında olduğu halda əvvəlki iclasa gəlmədiyi məsələsi müzakirə edilib. Məhkəmə A.Musayeva haqqında qərardad qəbul edərək barəsində həbs qətimkan tədbiri seçib. Qadın məhkəmə zalından həbs edilib.

İş üzrə məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.

İttihama görə, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıdakı kafeyə cəlb edərək onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sakini, təvəllüdlü, edilib, rayon, Arifə, Musayeva, məhkəmənin, İsmayıl, iclası, şəxslər, edərək, barəsində, Musayevanın, cinayət, şəhər, Salyan, Elnur, Rəhimov, Məmmədov, Asiman
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ