SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda “ölüm avtobusu” - Video

Bakıda “ölüm avtobusu” - Video

Tarix:

7-04-2017, 16:11

/ 106 701 dəfə oxundu.
Bakıda “ölüm avtobusu” - Video

Abşeron rayonunun Digah qəsəbəsi ilə Azadlıq prospekti metrostansiyası arasında sərnişindaşıma ilə məşğul olan 147 saylı marşrut avtobusundan şikayət var.
Vətəndaş Elnur Adilov müraciət edərək həmin marşrut üzrə hərəkət edən avtobuslarda qaydalara əməl olunmadığını, insanların həyatının təhlükəyə atıldığını bildirib. O deyib ki, avtobus hərəkətdə olarkən 10-a yaxın şəxs qapıdan sallanaraq gedir.
E.Adilov bunu əks etdirən video görüntüləri təqdim edib.
Həmin marşrut xətti üzrə avtobusların sayının artırılması yaxud irihəcmli avtobusların istifadəyə verilməsi barədə Bakı Nəqliyyat Agentliyinə edilən şikayətlərə isə heç bir reaksiya verilməyib.
“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ