yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Hacı Mazan klinika rəhbərini həbs etdirdi: 9 il

Hacı Mazan klinika rəhbərini həbs etdirdi: 9 il
3-04-2017, 17:27 12 653 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etidirlib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən M.Həşimov özünü təqsirli bilmədiyini deyib.
Daha sonra mhkəmə kollegiyası hökmü elan edib. Hökmə əsasən, M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror M.Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittiham aktına əsasən, "Medi Sina” klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı ("Hacı Mazan") 163 min manatlıq dələduzluq edib. "Hacı Mazan" müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib.
Onu da əlavə edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. "Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. "Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.
Qərara görə, "Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Sina”, klinikasının, qarşı, Həşimov, sahibi, qərar, çıxış, maddi, təzminatla, əsasən, müddətinə, Məhkəməsində, Mazan, məhrum, azadlıqdan, bağlı, klinikaya, Həşimovun, cinayət, məhkəmə
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ