yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası işçiləri "ölüm mələyi" rolunda... - ŞİKAYƏT

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası işçiləri
30-03-2017, 10:04 4 311 dəfə baxılıb

“Həkimlər cəzalarına çatmayanadək əl çəkən deyilik. Onlar göz görə-görə övladımızın ölümünə səbəbkar olublar”. Bu ilin fevralında Zirədə yeni salınmış yaşayış sahəsində yaşayan Mayılovlar ailəsi ən gənc üzvünü – 24 yaşlı Məlhəmi itirib. Məlhəmin anası Zərifə xanım onun ölümündə həkimləri günahlandırır.

Məlhəmin halı qəfil pisləşib. Ailə üzvləri təcili yardıma zəng vurublar. Tezliklə təcili yardım briqadası gəlib. Məlhəmin təzyiqinin kəskin aşağı düşdüyü müəyyənləşdirilib. Həkimlər gənc qıza iynə vurublar. İynədən sonra xəstənin halı dəyişib:

“Məlhəm qıc oldu, yumruqlarını yığdı, özündən getdi. Həkimlər dedilər ki, sakitləşdiricinin təsirindəndir. Yığışıb getmək istəyəndə, qızımın vəziyyətinin düzəlmədiyini bildirdim. Bu vaxt Məlhəm də gözlərini açdı, həkimlərə yalvardı ki, qalsınlar. Dedilər, bizim işimiz ilkin yardımdır, öz işimizi gördük”. Məlhəm dedi, “ana, qoyma getsinlər, ağrılarım var, başım hərlənir, çox pisəm. Məni xəstəxanaya aparsınlar”. Həkimlərsə imtina etdilər, dedilər ki, “nə var xəstəxanada, palatalar buz kimidir, üstəlik, gecənin bu vaxtı xəstəxanada həkim də yoxdur. Gözləyin, səhər açılsın, özünüz aparın”. Çıxıb getdilər. Heç bir az keçmədi ki, Məlhəmin dili qatlandı, nəfəsi çatışmadı, dilini tuta bilmədik, keçindi. O biri qızım tez həkimlərin bizə yazıb verdikləri nömrəyə zəng vurdu, yalvardı ki, tez gəlin, xəstə keçinir. Bu dəfə gec gəldilər, içəri girən kimi, həkimlərdən biri Məlhəmin nəbzini yoxladı və... keçindiyini dedi".

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, Məlhəm Mayılovanın ölümü ilə bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Hər şey araşdırma nəticəsində bilinəcək. Mayılovları narahat edən də odur ki, hadisədən, azı, bir ay ötsə də, həkimlər məsuliyyətə cəlb olunmayıblar. Xəzər rayon prokurorluğundansa araşdırmaların davam etdiyini əsas gətirərək, AzadlıqRadiosu-na açıqlama verməkdən imtina ediblər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ