SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Maliyyə böhranı icra hakimiyyətlərini vurdu - Kütləvi ixtisarlar...

Maliyyə böhranı icra hakimiyyətlərini vurdu - Kütləvi ixtisarlar...

Tarix:

27-03-2017, 12:09

/ 1 665 dəfə oxundu.
Maliyyə böhranı icra hakimiyyətlərini vurdu - Kütləvi ixtisarlar...

Manatın devalvasiyasından sonra bir sıra nazirliklərin regional qurumlarının yaradılmasına, həmçinin, həyata keçirilən infrastruktur islahatları nəticəsində yerli icra hakimiyyətlərində kütləvi ixtisarlara başlanılıb.
Məlumata görə, ixtisarlar əsasən yerli icra hakimiyyətlərinin humanitar və iqtisadi sektorlarında həyata keçirilir.
Hətta, bir sıra rayonlarda icra hakimiyyətində şöbələr ləğv edilir və işçilər ixtisar olunur.
Bundan əlavə, yerli icra hakimiyyəti aparatı maksimum dərəcədə yığcamlaşdırılır və bir sıra məsləhətçi, mütəxəsis vəzifələri ləğv edilir.
İxtisarlar nəticəsində icra hakimiyyətindəki şöbələr birləşdirilir və ştatlar yığcamlaşdırılır.
İxtisarlar həmçinin, daha çox daha mədəniyyət, təhsil və ictimai-siyasi şöbələrdə baş verir.
Elə rayon var ki, orada bu ixtisarlar iqtisadi sektora aid olan şöbələrdə də həyata keçirilir.
Qeyd edək ki, bu ixrisarlar bir neçə səbəbdən həyata keçirilir.
Birincisi, bu 2017-ci ildən etibarən 40-ya yaxın rayon və şəhərə büdcədən vəsait-dotasiya ayrılmaması ilə bağlıdır.
Belə ki, öz-özünü maliyyələşdirmə sisteminə keçdiyindən bəzi icra hakimiyyətləri şişirdilmiş ştat cədvəlindən imtina edərək, maksimum yığcam aparatın yaradılmasına üstünlük verirlər. Bu səbəbdən də icra hakimiyyətinin aparatında fəaliyyət göstərən paralel və uyğun sahəyə aid olan şöbələrin birləşdirilməsi prosesinə balanılıb. Bunun nəticəsində də çoxsaylı məsləhətçi, mütəxəsis, şöbə müdiri, sektor rəhbəri vəzifələri ixtisara düşüb.
İkinci səbəb isə Təhsil , Mədəniyyət və Turuzm nazirliklərinin regional qurumlar yaratmasıdır. Bunun nəticəsində də yerli icra hakimiyyətlərində təhsil, mədəniyyət və turizm sahəsinə aid şöbələr birləşdirilərək, yerində bu sahəyə aid ümumi bir şöbə yaradılır. İşçilərin də sayı minimuma enidirilir.
Digər səbəb(lər) isə ölkədə həyata keçirilən struktur islahatları və ölkədəki maliyyə problemi ilə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, artıq bu cür ixtisarlar təkcə ölkənin regionlarında deyil, Bakının rayonlarında da həyata keçirilməkdədir.

Şərhlər

XƏBƏR LENTİ