SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Türk hamamı”nda vergidən yayınan məbləğlər-FAKT

“Türk hamamı”nda vergidən yayınan məbləğlər-FAKT

Tarix:

9-07-2019, 14:01

/ 772 dəfə oxundu.
“Türk hamamı”nda vergidən yayınan məbləğlər-FAKT

Bugünkü Vergilər Nazirliyinin yaşı az olsa da, Azərbaycanda vergi sisteminin qurulması Azərbaycan Demokratik Respublikasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə hökumətin tərkibində vergi müfəttişliyi yaradılmışdı. Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra - 1991-ci ildən başlayaraq vergi orqanlarında müxtəlif dəyişikliklər aparıldı, 2000-ci ildə isə Vergilər Nazirliyi yaradıldı.

Bu gün dünyanın bütün ölkələrində real əməkhaqqı məbləğinin gizlədilməsi olduğundan az həcmdə rəsmiləşdirilməsi halları mövcuddur.

Bu kimi vergidən yayınma hallarına əsasən restoran biznesi, nəqliyyat, pərakəndə və topdansatış sahələrində, tikinti və təmizlik xidmətlərində daha çox rast gəlinir. Problemin qarşısının alınması vergi orqanları ilə birgə sosial sığorta yığımlarını həyata keçirən qurumların da başlıca vəzifəsidir.

İnsanların ta qədimdən indiki dövrədək təmizlənmək, paklanmaq üçün üz tutduqları məkan şəhər hamamları olub. Bakıda həmişə hamamlarının adı ilə tanınıb və bu məkanlar qədimliyi ilə seçilib. Bəs bu gün necə, şəhər hamamları fəaliyyət göstərirmi, insanlar bu məkanlara üz tuturmu?

Azerinfo.az bildirir ki, əvvəlki illərə nisbətən haümandan istifadə edənlər azalıb. Əvvala hamının evində çimmək üçün şərait var.

Diğər tərəfdən bəzi hamamlarda qiymət çox bahadır.

Məsələn , Nəsimi rayonu, Alı Mustafayev 35 küçəsi ünvanda yerləşən “Türk hamamı”nda qiymətlər əl yandırır.

Əvvala burada vaxt məhdudiyyəti var. Yəni 2 saatı 10 manat. Halbuki başqa hamamlarda belə məhdudiyyət yoxdur.

İkincisi müştəriyə heç bir çek verilmir.

Bu hamamda 4 masajçı və 3 kisəçi var. Masajçının xidmət haqqı 24 manat, kisəçidə 13 manatdır.

Və onlar da qazanclarının 50 faizini hasmam sahibinə ödəyirlər. Halbuki heç biri ilə əmək müqaviləsi bağlanmayıb.

Düşünürük ki, vergi orqanları bu məsələyə diqqət yetirəcəklər.

Azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ