SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cəzaçəkmə müəssisələrində peşə hazırlığı kurslarının təşkilinə başlanılıb

Cəzaçəkmə müəssisələrində peşə hazırlığı kurslarının təşkilinə başlanılıb

Tarix:

15-05-2019, 16:16

/ 806 dəfə oxundu.
Cəzaçəkmə müəssisələrində peşə hazırlığı  kurslarının təşkilinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına əsasən, cari il üçün penitensiar müəssisələrdəki peşə tədrisi bazalarında peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.
İlk peşə kursları Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində dülgər-xarrat, təmirçi çilingər peşələri üzrə təşkil edilib. Peşə kurslarına cəzaçəkmə müddətinin başa çatmasına az qalmış 28 nəfər cəlb olunub. Üç aylıq kurslarını müvəfəqiyyətlə bitirənlərə peşə sertifikatları veriləcək.
Ötən il penitensiar müəssisələrdə təşkil edilən peşə hazırlığı kurslarına 239 nəfər cəlb olunub. Onlardan 60-ı qadın, 179 nəfəri kişi olub. Kurslara cəlb olunanların 30 nəfərini yetkinlik yaşına çatmayan şəxslər təşkil edib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ