SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 9 milyon dollarlıq fırıldaqla bağlı prezidentə müraciət edildi

9 milyon dollarlıq fırıldaqla bağlı prezidentə müraciət edildi

Tarix:

18-04-2019, 23:10

/ 1 164 dəfə oxundu.
9 milyon dollarlıq fırıldaqla bağlı prezidentə müraciət edildi

“Mək-an” Məhdud Məsuliyyətli Müəssisəsi (MMM) tərəfindən aldadıldığını iddia edən bir qrup sahibkar ölkə başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, özünü “Mək-an” MMM təchizatçısı kimi tanıdan Bayramov Fuad Sabir oğlu müxtəlif vaxtlarda arasında qazilər, müəllimlər, həkimlər və digər ziyalıların olduğu sahibkarların etimadını qazanaraq, onlardan aldığı 9 milyon dollardan çox pulu mənimsəyib.

“Mək-an” Məhdud Məsuliyyətli Müəssisəsi (MMM) tərəfindən aldadıldığını iddia edən bir qrup sahibkar ölkə başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, özünü “Mək-an” MMM təchizatçısı kimi tanıdan Bayramov Fuad Sabir oğlu müxtəlif vaxtlarda arasında qazilər, müəllimlər, həkimlər və digər ziyalıların olduğu sahibkarların etimadını qazanaraq, onlardan aldığı 9 milyon dollardan çox pulu mənimsəyib.
Belə ki, Fuad Bayramov aldatdığı şəxslərə tikinti sektoruna vəsait yatırmaq və mütəmadi olaraq gəlir əldə etmək kimi vədlər verib. Müxtəlif ünvanları, obyektləri və tikililəri göstərərək özünə qarşı etibar yaratmağa çalışıb. F. Bayramov sahibkarlara bəzi şirkətləri təchizatla təmin etmək və uşaq bağçası kompleksi, Bakının müxtəlif ərazilərində çoxmərtəbəli yaşayış binalarının tikintisi və s. biznes layihələrində payçı olmaq təklifləri edib və müraciət edənlərin bildirdiyinə görə, onlardan müxtəlif məbləğlərdə vəsait alıb. Lakin 2018-ci ilin əvvəlində bu təkliflərin arxasında 100-ə yaxın ailənin aldadılması və təqribən 9 milyondan çox ABŞ dolları məbləğində pulun planlı şəkildə mənimsənilməsinin dayandığı ortaya çıxıb.
Son araşdırmalar nəticəsində Fuad Bayramovun “Mək-an” MMM şirkətində təchizatçı vəzifəsində çalışdığı üzə çıxıb. Şirkətin təchizat işlərinə Rüstəmov Ramin Pənah oğlu nəzarət edir, rəhbər vəzifədə isə Məmməd Əliyev adlı şəxs olub. Verilmiş pulların necə yoxa çıxması və ümumiyyətlə, bu pulun aqibətinin necə olması barədə borc sahiblərinə heç bir məlumat verilməyib. Külli miqdarda pulun mənimsənilməsi ilə bağlı bəzi zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məsələ ilə bağlı adı çəkilən “Mək-an” MMM-in direktoru Məmməd Əliyev deyib ki, təxminən 1 il əvvəl bu məsələ qaldırılıb. Fuad Bayramovu tanımır və bu şəxs onların işçisi olmayıb. Ümumiyyətlə, nəinki onu, zərərçəkənlərin də heç birini tanımır. M. Əliyev bildirib ki, Fuad Bayramov onların şirkətinin adından sui-istifadə edərək, insanların etimadını qazanıb və onları aldadıb: “Fuad Bayramov oboy satan olub, bizim obyektlərə oboy gətirib. O adamları da (zərərçəkənləri – red.) yanında gətirib, bizim obyektlərə girib-çıxıb, guya bu obyektləri bu tikir, bu maliyyələşdirir və buradan xeyir olacaq. Bax, belə camaatı aldadıb, pulunu alıb. Bu adamı da keçən il tutublar. Getsinlər cavabını versinlər də, kimə pul veriblər, necə olub, getsinlər cavabını versinlər. Prokurorluq var, məhkəmə var. Ora-bura yazmaqla deyil ki. Başqa söhbət ola bilməz. O adam dələduzluq edib. Keçən il dedilər ki, bu adamı tutublar. Yəqin ki, pul verənləri də çağırıb danışdırıblar, tutulanı da. Sonrasından xəbərim yoxdur.

Bir də o gün “Baksovet”dən zəng elədilər ki, sizin idarənin adını hallandırırlar. Dedilər, Məmmədov Faiq Tahir oğlu müraciət edib. 61 nəfər də imza atıb. Nömrəsini verdilər ki, bir danış. Zəng elədim ki, mən “Mək-an”ın direktoruyam, məni tanıyırsan? Deyir, xeyir. Biz görüşmüşük haradasa? Deyir, yox. Bizim idarənin yerini bilirsiz? Deyir, yox. Deyirəm, bəs niyə “Mək-an”ın adını orada-burada hallandırırsız? ... Deyir, mən orada filankəsi tanıyıram, bəhmənkəsi tanıyıram... Dedim, yaxşı tanıyırsansa, bunun idarəyə nə aidiyyəti var?!”
“Mək-an” MMM-də təchizat işlərinə nəzarət etdiyi bildirilən Ramin Rüstəmov deyib ki, “Fuad adlı şəxsi onların şirkətinə oboy gətirən adam kimi tanıyır, başqa cür heç bir əlaqəsi yoxdur. Əgər zərərçəkmişlərin dediyi kimidirsə, bir dənə sənəd göstərsinlər. Mən də çox şey danışa bilərəm. Ortada bir fakt olur. Ya bir sənəd olur, ya bir görüntü olur, telefon zənglərini də araşdıra bilərlər. Bu şəkildə insanların adlarını hallandırmaq olmaz. Durum mən də deyim ki, “X” şəxs haqqında şikayətim var, adını hallandırım. Bunun üçün hüquq-mühafizə orqanları var. O adamla heç bir şərikliyimiz yoxdur. Onu ancaq oboya görə tanıyıram. O, köhnə İnqilab küçəsində yerləşən oboy dükanlarının birində adi bir satıcıdır.

Zərərçəkənlərin də heç birini tanımıram”.

Hüquq-mühafizə orqanlarından məsələyə münasibət öyrənmək mümkün olmadı.

Lent.az

Şərhlər

XƏBƏR LENTİ