SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DTX adından dələduzluq edən Aqşin Nuriyev kimdir?

DTX adından dələduzluq edən Aqşin Nuriyev kimdir?

Tarix:

4-04-2017, 20:46

/ 66 281 dəfə oxundu.
DTX adından dələduzluq edən Aqşin Nuriyev kimdir?

Bakı şəhər sakini dələduzun qurbanı olub

Redaksiyamıza müraciət edən jurnalist Nurlan Budaqov dələduzluqla üzləşdiyini deyir.

Onun sözlərinə görə, Xaçmazda anadan olan Aqşin Nuriyev adlı dələduz onun etimadını qazanaraq, külli miqdarda pulunu ələ keçirdib. Aqşin Nuriyev Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, xidmətlərinə görə medal aldığını, prezident İlham Əliyev tərəfindən evlə mükafatlandırıldığını deyərək, jurnalisti inandırmağı bacarıb. Hərbi liseyin məzunu olan Aqşin Nuriyev onu liseydən tanıyanların və tanımayanların bu yolla etimadını qazanmağa, sonradan işə düzəltmək, ev almaq və s. məsələlərdə kömək edəcəyini bildirərək, onlardan pul alıb.

Aldatdığı şəxslərə Dövlət Təhlükəsizlik Xidmətinin kapitanı olduğunu söyləyən Aqşin Nuriyev ötən bir il ərzində dələduzluq etdiyi şəxslərin pulunu qaytarmır. Başqaları kimi jurnalist Nurlan Budaqova da ilkin ödənişsiz ev almaqda kömək edəcəyini bildirən fırıldaqçı onun külli miqdarda pulunu mənimsəyib. Budaqov Nurlan Yasamal RPİ-nin 29-cu polis bölməsinə ərizə ilə müraciət etsə də, əlindəki faktlara baxmayaraq hələ ki, heç bir nəticə yoxdur. Hətta Aqşin Nuriyevi çağırıb, dindirən belə olmayıb. Xəbəri ictimailəşdirməkdə məqsədimiz odur ki, nə qədər gec deyil, heç olmasa, başqaları da bu dələduzun toruna düşüb aldanmasın.

yeniçağ

Şərhlər

XƏBƏR LENTİ