"Yelo Bank" işçisi vətəndaşın başına OYUN AÇDI - GİLEY
Samux rayonu 28-may küçəsi ,mənzil 50- də yaşayan Bayramov Ramin Gəray oğlu tərəfindən hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Məlumunuz olsun ki, Gəncə şəhəri Kəpəz rayonu İstanbul küçəsi 39-da yaşayan, "Yelo bank"da çalışan Musayev Turan Bəhrəmoğlu 3600 manat pulumu mənimsəyibdir. "Yelo bank"a ödəcəyim 3600 manat pulu mənimsəyib. Əvəzində saxta çek veribdir.
3600 manatın üstünə faiz gəlib 3900 manat olubdur. Musayev Turan deyir ki, 3600 manat pulu şəxsi məqsədləri üçün xərcləyib.
"Yelo bank"dan isə haqlı olaraq deyirlər ki, "bizə dəxli yoxdu gətir bankın pulunu ödə". 3600 manat pulu "Yelo bank"ın əməkdaşı Musayev Turan Bəhrəmoğluna Namazov Samir Akif oğlunun yanında vermişəm. Əlimdə sübüt üçün çeklərin var.
Hüquqlarım pozulub, yollarda qalmışam. Musayev Turan Bəhrəmoğlu deyir ki, ölkədə qanun-qayda var. Get kimə deyirsən denən... Sənin 3600 manat puluna görə məni heç kim tutmayacaq..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...