SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Səhliyalı” kolbasaları zəhərlidir?- şirkət həyəcanlı və qorxunc iddialara susur...

“Səhliyalı” kolbasaları zəhərlidir?- şirkət həyəcanlı və qorxunc iddialara susur...

Tarix:

22-02-2019, 01:10

/ 2 114 dəfə oxundu.
“Səhliyalı” kolbasaları zəhərlidir?- şirkət həyəcanlı və qorxunc iddialara susur...

Son günlər “Səhliyalı” kolbasa şirkəti haqda həyəcanlı xəbərlər səngimək bilmir. İstehlakçılara bu məhsullardan uzaq durmaq çağırışları edilir.

Cahan.info yazır ki, Qafqaz Müsəlmanları İdarəsinin illərdir halalıq zəmanəti vermədiyi halda, hələ də “Səhliyalı” ət və ət məhsulları satışdadır.

Bu da ciddi narahatlıq və şübhələr doğurmağa başlayıb. İstehlakçılara təqdim olunan kolbasa və sosiskaların keyfiyyəti ilə bağlı müxətlif informasiyalar meydana çıxır.

Bu məlumatların nə dərəcədə həqiqət olduğunu deməyə çətinlik çəkirik. Amma maraqlıdır ki, şirkət tərəfindən ittihamlara heç bir münadibət bildirilmir. Sanki “susmaq razılıq əlamətidir”.

Nədənsə, mətbuatın tənqid və iddialarına “Səhliyalı”nın mətbuat xidməti cavab vermir, sükutla qarşılayır. Bu halda istehlakçıların bu firmaya olan inam və etibarı bir qədər də sarsımaqdadır.

Məsələn, axar.az yazmışdı ki, market və supermarketlərdə əhaliyə bu kolbasalar halal adı ilə sırınır. Bu məhsulun hələ də az sayda da olsa, alıcısının qalması onun görüntüsünün cəlbediciliyi ilə əlaqədardır. Lakin bu məhsulun bir dəfə istifadəsi müalicəsi mümkün olmayan ağır xəstəliklərə səbəb ola bilir.

Sayt yazıb ki, sözügedən şirkətin “Min bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosis məhsullarının qoca, südsüz inəklərin ətindən hazırlandığı hamıya məlumdur.

Maraqlıdır ki, QMİ illərdir bu məhsula halallıq zəmanəti verməyib, amma şirkət “halal” adından sui-istifadə etməkdə davam edir.

Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

“Min bərəkət, halal nemət” nişanlı məhsulların tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var. Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir.

Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir. Şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Hətta “sahliyali.com” saytında da məlumat yerləşdirilməyib.

Bir müddət qabaq şirkətin kolbasalarında nişastanın normadan artıq olduğu da aşkarlanmışdı. Ard-arda, dayanmadan bu şirkətlə bağlı neqativ məlumatların getməsi, QMİ-nin sözügedən şirkətin məhsullarına halallıq zəmanəti verməməsi, məhsulların hansı heyvanın ətindən hazırlanması haqda məlumatın olmaması, həmçinin, sosiskadan siçan əti çıxması kimi iddialar bu məhsulların istifadəsinin orqanizm üçün təhlükəli olduğu ehtimalları yaradır.

Bu günlərdə istehlakçılardan biri mağazadan “Səhliyalı” şirkətinin məhsulu olan “Russkiy vkus” kolbasası alıb. O, aldığı həmin kolbasanın zay çıxdığı haqda sosial şəbəkədə məlumat da paylaşıb.

Şikayətçi bildirib ki, olduqca bərbad və qeyri-adi dad verən kolbasa kəsilən kimi partlayıb. Firmanın mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ