SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər

Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
18-01-2016, 17:290Oxunub.

 

"Hərbçilərini pensiya yaşı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır və tezliklə yekun sənəd təqdim olunacaq.”

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Elman Mehdiyevin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu ötən dövr ərzində aidiyyəti qurumlarla birlikdə islahat konsepsiyasının nəzərdə tutulan müddəalarının reallaşdırılması üçün əmək pensiyaları haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb.

 

"Hazırda bu layihə müvafiq struktutlarla müzakirə məlhələsindədir. Bu layihədə sığorta pensiya sisteminin maliyyə dayanıqlığının möhkəmləndirilməsi, sığorta prinsiplərinin dərinləşdirilməsi və ödənilən sosial sığorta haqqları ilə təyin olunan pensiyaların adekvatlığın təmin olunması başlıca şərt kimi ortaya qoyulub”.

Bir müddət əvvəl isə "Dövlət Sosial Müdafiə Fondundan məlumat verilmişdi ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev həmçinin bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.

Beləliklə, əgər təklif qəbul edilərsə, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar.

Xidmət müddətinin 25 ilədək uzadılmasınnı müsbət cəhəti də var. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər. Eyni zamanda güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ