SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ““Sovetski”ni müddəti bitmiş “Baş plan” əsasında söküblər”

““Sovetski”ni müddəti bitmiş “Baş plan” əsasında söküblər”

Tarix:

7-03-2017, 16:38

/ 1 597 dəfə oxundu.
““Sovetski”ni müddəti bitmiş “Baş plan” əsasında söküblər”

Bu günlərdə “Bakıdakı tikinti işləri 1984-cü ilin Planı əsasında aparılıb” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovdan sitat gətirilirdi ki, Böyük Bakının Regional İnkişaf Planı” (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub.
Komitə sədrinin sözlərinə görə, Bakı şəhərinin “Baş plan”ı ölkənin Nazirlər Kabinetinə 2017-ci il martın 2-də təqdim edib. Amma budur, 20 ildən çoxdur ki, Bakıda iri inşaat işləri aparılır. Köhnə qəsəbələr məhv edilir, yerində isə yeniləri tikilir… Əgər Bakının “Baş plan”ı hələ bu gün hazırlanıbsa, o zaman, son illərdəki inşaat işləri hansı sənəd əsasında aparılıb?
“Bu gün 2013-cü ildən üzərində işlədiyimiz planın yeni redaksiyası təqdim olunub”, – deyə Azərbaycan Memarlar İttifaqının rəhbəri Elbəy Qasımzadə bildirib. O qeyd edib ki, hazırda qüvvədə olan “Baş plan” 1984-cü ildə qəbul olunub. “Dəyişən sosial-iqtisadi planlar ona yenidən baxılmasını tələb edirdi. Budur, yenidən baxılıb”, – deyə E.Qasımzadə vurğuladı.
Onun sözlərinə görə, Bakının ilk “Baş plan”ı XX əsrin əvvəlində qəbul olunub. “Deməli, Bakıda tikintilər “Baş plan” əsasında aparılıb?”, – deyə soruşduq. “Bəli”, – deyə E.Qasımzadə cavab verdi. “Məgər Bakının 1984-cü ildə qəbul olunmuş planında saray və göydələnlərin tikilməsi nəzərdə tutulub?”, – deyə maraqlandıq. “Planda harda neçə mərtəbəli binanın tikilməsi göstərilmir. “Baş plan” şəhərin inkişaf strategiyasını müəyyən edir. Orda hansı zonada yaşayış, hansı zonada sənaye obyektlərinin inşa olunacağı göstərilir. Planda saray və göydələnlərdən söz açılmır.”, – deyə E.Qasımzadə cavab verdi .
“1984-cü ildə qəbul olunmuş “Baş plan” dəfələrlə pozulub. Çünki bu “Baş plan” Mərkəzi Bankın binasının, habelə digər infrastruktur obyeklərin tikintisini nəzərdə tutmayıb”, – deyə vəkil Fuad Ağayev LEGİON-a bildirib. Onun sözlərinə görə, 1984-cü ildə qəbul olunmuş planın müddəti 2006-da bitib.
Əgər “Baş plan”ın qüvvədə olma müddəti 2006-cı ildə başa çatıbsa, deməli, 2006-cı ildən sonra aparılan tikintilər qanunsuz olub?
“Bakıda aparılan inşaat işləri Dövlət Komissiyasının qərarı əsasında aparılıb. Bundan əlavə, inşaata icazə verən sənədlərdə Bakı şəhərinin baş memarının imzası olub. Deməli, hansısa qanun, hansısa sərəncam olub ki, bu binaların inşasına icazə verilib”, – deyə hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
Abşeronun baş memarı Akif Əliyev isə deyir ki, inşaat işləri ayrı-ayrı məhəllələr üçün sifariş olunan detallı planlar əsasında aparılıb: “Şəhərsalma məcəlləsinə görə, “Baş plan” olmadıqda, detalllı planlar üzrə tikinti aparmaq mümkündür”.
Onun sözlərinə görə, bu və ya digər məhəllədə tikinti detallı planlar əsasında aparılır. “Detallı planlar “Baş plan”ı təkzib edirmi?” – deyə soruşduq. “Yox, yeni bir sənəd digərini təkzib etmir”, – deyə A.Əliyev cavab verdi.
Vəkil Fuad Ağayev Akif Əliyevin sözlərini belə şərh edib. “Mən Abşeronda detallı planların istifadəsini istisna etmirəm. Lakin qeyd etmək istərdim ki, Abşeron rayonu Bakıya aid deyil”, – deyə F.Ağayev vurğuladı.
Onun sözlərinə görə, Bakının məhəllələrində inşaat işləri “Baş plan” əsasında aparılmalı idi.
“Bundan ziyadə, Nazirlər Kabineti dövlət ehtiyacları üçün “Sovetski”də torpaq sahələrinə dair alınma qərarı çıxararkən, müddəti bitmiş “Baş plan”a əsaslanıb”, – deyə vəkil əlavə etdi.

LEGION

Şərhlər

XƏBƏR LENTİ