Ağcabədinin baş plan layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Ağcabədi şəhərinin baş plan layihəsinin işlənilməsi başa çatdırılıb.
Komitədən verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 11 may 2017-ci il tarixində Ağcabədi şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.
Tədbirdə komitənin, icraçı təşkilat olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Ağcabədi şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.
Tədbirin sonunda Ağcabədi şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...