SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır?

“Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır?

Tarix:

21-11-2018, 09:30

/ 1 092 dəfə oxundu.
“Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır?

Astara rayon Asxanakəran kənd sakini Şirməmməd Fərəcov Azəravtoyol MMC-nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 aprel Sərəncamına əsasən Astaranın dağ kəndləri olan Motlayatag, Asxanakəran,Hamoşam və Toradi kəndlərinə 3-ilə cəkilən yol çox təhlükəli və etibarsız olması ilə bağlı “Yenigundem”-in redaksiyasına məktub ünvanlayıb

Həmin məktubu olduğu kimi təqdim edirik:

Azəravtoyol MMC-nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il aprel Sərəncamına əsasən Astaranın dağ kəndləri olan Motlayatag,Asxanakəran,Hamoşam və Toradi kəndlərinə 3 ilə çəkilən yol çox təhlükəli və etibarsızdır Eniş və yoxuşlara tökülən asfalt heç bir standartlara uyğun deyildir, belə ki, yol boyu yoxuslara dolanbaclar verilməmişdir, köhnə yol olduğu kimi saxlanılaraq bəzi yerlərdə yoxuşlar 90 dərəcə bucaq altındadır,ağ rənglə işarə çəkilməmiş, nəticədə bu təhlükəli yollarda sıx duman tez-tez olduğu üçün hərəkət etmək mümkün olmur,tələm -tələsik çəkilmiş asfalt yol boyu heç bir işarələr qoyulmamış,kəskin yara ğanların kənarında heç bir müdafiə baryerləri tikilməmiş, kəskin dönmələr çox dar saxlanmış, hər an təhlükə baş verir, artiq bir neçə maşın aşmış, xoşbəxtlikdən ölüm halları olmamışdır Ən acınacaqlısı odur ki, Overyd( Bəsərüd çayının gölü) çayının üzərində qoyulan körpünun tikintisi 3 ildir ki, qurtarmaq bilimir ki, bilmir.Körpünun tikintisi ilə mühəndis yox, adi bir ekskavatorcu məşğul olur Əzərud və Sirnədigo çaylarının üzərində körpülərin qoyulması vacib olsa da, orada suyu ötürmək üçün lazımsız borular qoyduqları səbəbindən yağan sel suları keçən il onların hər ikisini zədələmiş, sonra borular şəkildə gördüyünüz kvadrat şəkilli qurğularla dəyişdirilsə də,növbəti dəfə sel suları bu qurğunu da dağıdaraq sıradan çıxarmışdır.Yolun Rinə-Overud hissəsində ( on üç km) asfalt birbaşa palçığın üstünə töküldüyündən asfalt yol boyu çökmüş, çox yerlərdə partlamışdırMən bu barədə bir necə dəfə məsələ qaldırsam da, heç bir reaksiya olmamışdır.Bir dəfə Anar Nəcəfli çıxış edərək hər şeyin standartlara uyğun olacağını bildirmiş,hörmətli Prezidentimizin Astaraya səfəri zamanı ona yalan məlumat verilmiş və yolun tikintisinin başa çatdığı bildirilmişdir.İndiyə qədər ölkəmizdə korrupsiya qalmaqallarında bir çox qurumların adı hallansa da,dövlətimizin ədalətli başçısının Rinə- Toradi və Rinə-Taxtanakəran yolunun tikintisinə ayırdığı on iki milyon manat vəsaiti rahat şəkildə həzm edən Azəravtoyol MMC-nin rəhbərliyinin adı həmişə qurucular siyahısındadır, maraglıdır, deyilmi? Çox qəribədir, bu on iki milyon vəsaiti ata-baba malı kimi dağıdan bu qurum çəkdiyi həmin yola görə nə vaxtsa xəcalət çəkəcəkmi?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenigundem.az
“Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır?
“Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır?

Şərhlər

XƏBƏR LENTİ