SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”

“Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”

Tarix:

30-10-2018, 11:29

/ 1 328 dəfə oxundu.
“Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”

“Azərsu”: “İddialar əsassızdır və Xaçmaz şəhərində tikinti işləri layihəyə tam uyğun icra olunub”
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsiin icrasında nöqsanlara yol verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə layihənin topoqrafı Ramazan Biçer məlumat verib.

Onun sözlərinə görə, həmin layihəni “ALKE İnşaat və Sənaye” ASC icra edib.

R.Biçer vurğulayıb ki, layihədə bir küçədə 20 ədəd kanalizasiya quyusunun tikilməsi nəzərdə tutulsa da, 5 ədəd quyu tikilib: “Layihə göstərilən işlər tam həyata keçirilməyib. Quyuların sayı azaldılmaqla yanaşı, quyuların dərinlikləri saxtalaşdırılıb”.

Bu layihə üçün “Azərsu” ASC “ALKE İnşaat və Sənaye” ASC-yə 6 milyon ABŞ dolları ödəyib.

“Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”Ramazan Biçerin iddiası ilə bağlı “Azərsu” ASC-dən bizimyol.info-ya bildirib ki, özünü “Alke İnşaat Sənaye” şirkətinin layihə rəhbərinin müavini kimi təqdim edən, əslində layihədə topoqraf kimi çalışmış (2015-2017-ci illər) Ramazan Biçerin verdiyi məlumat həqiqəti əks etdirmir: “Onun iddiaları Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçi şirkəti olan Yaponiyanın TEC (Tokyo Engineering Company) şirkəti tərəfindən də araşdırılıb və onların heç biri öz təsdiqini tapmayıb. Onun iddiaları əsassızdır və Xaçmaz şəhərində tikinti işləri layihəyə tam uyğun icra olunub”.

Qeyd edək ki, “ALKE İnşaat və Ticarət” ASC “Azərsu” ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır. Binanın tikintisi 2015-ci ildə başa çatsa da, istifadəyə verilməyib.

“ALKE İnşaat və Sənaye” ASC-nin rəhbəri Süleyman Babayevdir.
“Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”
“Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…”

Şərhlər

XƏBƏR LENTİ