SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mingəçevirdəki qəzanın ölkəyə vurduğu ziyan: 469 milyon manat

Mingəçevirdəki qəzanın ölkəyə vurduğu ziyan: 469 milyon manat

Tarix:

4-09-2018, 18:00

/ 1 189 dəfə oxundu.
Mingəçevirdəki qəzanın ölkəyə vurduğu ziyan: 469 milyon manat

Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 milyon manata yaxın ziyan dəyib.

Bu rəqəm qəza ilə bağlı yaradılmış komissiyanın beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 milyon kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 milyon ABŞ dolları və yaxud 469,2 milyon manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib.

Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Şərhlər

XƏBƏR LENTİ