SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ALİMLƏR VƏLİ HÜSEYNOVA SƏSLƏNDİ: "ELMİMİZDƏN ÜZR İSTƏYİN VƏ..."

ALİMLƏR VƏLİ HÜSEYNOVA SƏSLƏNDİ: "ELMİMİZDƏN ÜZR İSTƏYİN VƏ..."

Tarix:

29-08-2018, 10:46

/ 1 833 dəfə oxundu.
ALİMLƏR VƏLİ HÜSEYNOVA SƏSLƏNDİ: "ELMİMİZDƏN ÜZR İSTƏYİN VƏ..."

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov və onun qanunsuz əsaslarla, AAK-ın "Əsasnamə"sini kobud surətdə pozaraq professor və doktorluq diplomu verdiyi ADİU rektoru Ədalət Muradov barədə narazıların sayı artmaqdadır.
Ötən gün redaksiyamıza AAK-dan narazl daha bir neçə gənc alim gəlmişdi. Onların təqdim etdiyi sənəd və faktlar barədə fərqli yazıda ətraflı bəhs ediləcək. Lakin aşağıda təqdim etdiyimiz müraciəti Prezident Administrasiyası elm və humanitar siyasət şöbəsinin müdiri, professor Fərəh xanım Əliyevaya ünvan edərək olduğu kimi təqdim edirik. Həmçinin AAK rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Beləliklə:
"Təzadlar” qəzetinin baş redaktoru hörmətli Asif müəllim!
«Təzadlar»ın hörmətli Araşdırma Qrupu
Sizi Texnika üzrə keçmiş ekspertlər adından salamlayır və bəzi faktları Sizə göndəririk ki, məsləhət olsa araşdırma qrupunun yazılarında, yaxud ayrı cap edəsiniz.
Son vaxtlar Ali Attestasiya Komissiyasının sədr vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun dissertasiyaları haqqında və iqtisadiyyat üzrə ekspert şurasının üzvlərinin müracıəti haqqında qəzetinizdə yazılarınız böyük maraqla oxunur. Əlaqə saxladığımız müxtəlif Elm və təhsil adamları tətildən qayıtdıqdan sonra bu yazılara münasibət bildirəcəklər.
Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi öz həllini tapmalıdır. İqtisadçı ekspertlərin yazdıqları kimi “Araşdırması çox ciddi tələb olunan məsələlərdən biri də Vəli Hüseynovun idarəçiliyi dövründə neçə nəfərin müdafiə etməsi, onların neçə nəfərinə Vəli Hüseynovun təkidi və təzyiqi ilə müsbət rəy verilməsi və bu işlərin səviyyəsidir. Bütün bu araşdırmaların nəticəsi göstərəcək ki, elmə əsl elm adamları deyil, bazar adamları gəlir. Təəssüf... Çox təəssüf.”
Tanıdığımız bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinı Ali Attestasiya Komissiyasının saytından yazsaq onun hansı prinsiplə ışlədiyi aydın olar.
1. ADNSU-un dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay)
2.Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay)
3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02 2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay)
4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay)
5.Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay)
Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert şurasına dəfələrlə cağırılıb və müsbət qərarlat alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiysından fərqli olaraq doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.
Lakin bəzi vacib adamların doktorluq dissertasiyaları çox qısa bir vaxtda təsdiq olunub.
1."Azərtunelmetrotikinti" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi Abdullayev Qasım İsrafil oğlu 04.07. 2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. Nəzərinizə çatdıraq ki, dissertasiyalar müdafiə edildikdən 1 ay ərzində Ali Attestasiya Komissiyasına təqdim edilir. Ali Attestasiya Komissiyası 01 iyuldan-14 sentyabr tarixinə qədər işləmədiyindən dissertasiya sənədləri Ali Attestasiya Komissiyasına ən tezi 15.09 2016 tarixdə verilib və 22.09 2016 tarixdə təsdiq olunub (təsdiq müddəti 5-6 gün).
Hansisa səbəbdən Abdullayev Qasım İsrafil oğlunun avtoreferatı Ali Attestasiya Komissiyasının saytında yoxdur.
2.SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu
28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayilov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib təsdiqini alıb.
3. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan və mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib 22.09.2016 tarixdə təsdiqini alan Kələntərli Nailə Merac qızı (1 ay müddətinə təsdiqini alıb). Yuxarıda qeyd edildiyi kimi 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.
Zakir adlı oxucunun müraciətə şərhi “Mənim oglum Turkiyədə mudafiə etmişdir. Bakida haminin hormat etdiyi stomotoloqdur. Ancaq Vəli m onu 2 ildir min cur bəhanələrlə incidir və diplomu nostrifikasiya etmir. Indi aydin olur ki, Vəli Huseynovun ozunun diplomu taninmamişdir , indiyə qədər. Bu nə biabirciliqdir.?! Utanmirmi? Ozunun diplomu taninmadigi halda başqalarina əziyyət verir!!! Hətta sovdələşmək ucun adam da gondarib oglumun yanina. Oglum ise cavab verib ki, mənə Vəli Huseynovun imzasi ilə diplom lazim deyil. Men Universitetde calişiram, artiq hami bezib bu bazar adaminin əlinden. AAK i Veliden xilas etmek lazimdir!!!”
Bunlar Vəli Hüseynova qarşı ikrah hissi yaradır. Acınacaqlı olan odur ki, sövdələşməyə AAK-in xanım əməkdaşları gedir.
Vəli Hüseynov bilmir ki, elmi, təhsili inkişaf etdirən 1 aya doktorluq dissertasiyasının təsdiqini alan Qasımlar, Fəxrəddinlər, Nailələr yox, dissertasiyalarının təsdiqi 15-46 aya qədər uzanan ali məktəb müəllimləri və akademiya işçıləridirlər. Fəlsəfə doktorluğu dissertasiyalarının təsdiqində vəziyyət bundan da bərbaddır.
Təəssüf ki, hələ 26/7/2017 tarixdə “Təzadlar”-ın Vəli Hüseynov və bir əməkdaşı haqqında yazdığı “Ali Attestasiya Komissiyasında görünməmiş qalmaqal” adlı yazının sonunda verilən Ezopun təmsili böyük uzaqgörənliklə yerində verilmişdir: “Bir kor insanın əlinə hansı heyvanı verirdilərsə, o heyvana əlini sürtən kimi nə olduğunu dərhal deyirdi. Bir dəfə də onun qucağına bir canavar balası verdilər. O sakitcə əli ilə heyvanın tükünə əl sürtüb çox dərin düşünmədən dedi: “Bilmirəm bu hansı heyvanın - canavarınmı, tülkününmü və ya bunlara bənzər hansısa heyvanınmı balasıdır, ancaq bir şeyi bilirəm ki, yaxşısı budur onu qoyun sürüsünün arasına buraxmayın”.
Zənnimizcə, Vəli Hüseynov elm adamlarından üzr istəməli, Cənab Prezidentdən onu bağışlayıb vəzifədən azad etməsini acizanə surətdə xahiş etməlidir...
xxx
Təzadlar” xatırladır ki, bu müraciəti təqdim edən alimlər ayrı-ayrı tanınmış ali təhsil ocaqlarında elmi-pedoqoji fəadliyyətlə məşğuldurlar və bəlli səbəbdən adlarını hələki təqdim etmirik. Lakin özləri də bildirdilər ki, istənilən vaxt, qeyd olunanlara etirazı olanlara cavab verməyə hazırıq.

“Vəli Hüseynov məni neçə illər süründürdü və...”

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Menecment və aqrar marketinq kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Vahid Əmrahov isə ötən gün yazır: “...2015-ci ildə 3-cü dəfə ilkin müzakirədən keçdikdən sonra təkrar AAK-a təqdim etdiyim dissertasiya işimə Vəli Hüseynov 3 illik yoxlamadan sonra köçürmə faktı tapa bilməsə belə, sifarişli rəylər əsasında 2018-ci ilin aprelində imtina qərarı verdi. Səhv etmirəmsə sifarişli mənfi rəy yazan Ekspert Komissiyasının həmin üzvünü də Vəli Hüseynov Komissiyadan kənarlaşdırıb. Vəli Hüseynovu razı salanlar isə həm müdafiəyə icazəni, həm də təsdiqi qeyd edildiyi kimi, qısa vaxtda ala bilir. Bu da AAK-ın sədri vəzifəsini icra edən analoqsuz Vəli Hüseynov...”
“Təzadlar”dan: daha ətraflı yazı qəzetin bu günkü sayında dərc olunub. Redaksiyaya narazı alimlərdən daxil olan şikayətlərin isə ardı kəsilmir. Onları da ardıcıllıqla təqdim edəcəyik...

Şərhlər

XƏBƏR LENTİ