SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR

Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR

Tarix:

7-08-2018, 10:26

/ 1 073 dəfə oxundu.
Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR

1 ildir bizim uşaqlarımız bir yerdə bağçada tərbiyə alır. Hüseyn adlı uşaq artıq neçənci dəfədir ki, mənim uşağımı vurur. Getdim bağçada müəlliminə dedim. Cavab verdi ki, mən o uşaqla bacarmıram. Anasına dedim, qayıtdı ki, nə olsun, uşaqdır. Bir dəfə barmağını dişlədi dinmədim, bir dəfə başına gözümün qabağında vurdu, anasına sübut edə bilmədim”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında övladının getdiyi bağçada başqa bir uşaq tərəfindən döyüldüyünü deyən Səbiyyə Nəsirova bildirib.

O deyib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsindəki 285 nömrəli körpələr-evi uşaq bağçasında baş verib: “Müəllimə şikayətlənəndə dedi ki, çatdıra bilmirəm, qrupda 28 uşaq olmalıdır, ancaq 35 uşaq var. Müdirin yanına gedirdim, yoldaşım qoymadı ki, orucluqdur. Bundan sonra müəllim uşağımı elə vurmuşdu ki, başı stolun üstünə dəymişdi. Onda dözməyib hamını ora çağırmışdım, hətta Tamilla xanım da (Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nümayəndəsi nəzərdə tutulur-red.) yoxlamaya gəlmişdi. O da bildi, dedi ki, gəl imzala, müəllimi işdən çıxaraq. Onda da yoldaşım dedi ki, orucluqdur, Allahı bilsin. Bizə kamera görüntülərini də göstəmədilər ki, hadisənin dəqiq necə baş verdiyini bilək. Ancaq vurmuşdu, bağçadakı uşaqlar da bunu təsdiqləmişdi”. Şikayətçi bildirib ki, bundan sonra da övladına qarşı bu hallar davam edib: “Oğlum evə gəlib dedi ki, ana, Hüseyn məni vurur. Anamla bağçaya getdik, oğlumun başı, sifəti gömgöy idi. Müəllimi dedi ki, həyətə çıxartmışdıq, Hüseyn arxadan gəlib Yusifi itələdi, bundan sonra üzüüstə yerə dəydi. Daha sonra da müəllimi Hüseyni danlayıb. Ancaq mənə heç kim xəbər etməmişdi. Anam əsəbləşəndə Hüseynin anası gəldi. Onda başladım danışmağa, qayıtdı ki, yəgin Yusif oğlumu vurub, o da itələyib. Müəllim də bildirdi ki, Yusif oturmuşdu, Hüseyn onu arxadan itələdi. Ondan sonra anası dedi ki, vurub, əcəb edib. Daha sonra anamla dalaşdılar.

Səhər müdirin yanına həyat yoldaşımla anam getdi. Yusifi də aparmışdılar. Müdir deyib ki, burada nəsə yoxdur, mən uşaqların yerini dəyişə bilmərəm. Sonra müdir anama deyib ki, siz dalaşmaqla uşağın psixologiyasını pozmusunuz. Bəs uşağı vurmaq onun psixologiyasını pozmur? Mənim uşağım şikəst olsaydı, ya ölsəydi, nə olacaqdı? Mənim uşağım orda olan çox uşağa alışıb, buna görə onu həmin bağçadan çıxarmaq istəmirəm. Ancaq uşaq hər dəfə Hüseyni görəndə ağlayır ki, bağçaya getmək istəmirəm. Mənimlə birgə 3 valideyn də var ki, onlarda istəmir bu uşaqla övladlarımız bir yerdə olsun. Mənə təsir edən odur ki, müdir o qadının tərəfindədir".
Cebhe.info məsələ ilə bağlı 285 nömrəli körpələr-evi ilə əlaqə saxlayıb. Bağça müdiri Xuduyeva Səidə işdə olmadığından suallarımıza müəssisənin Dilşad adlı əməkdaşı cavab verib: “Valideynlər də, uşağın nənəsi də bura gəlmişdi. Hər şeyi yoluna qoyub razılaşdırdıq. Uşaqdır da, olub. Uşaq normaldır, ancaq dəcəldir. Körpə olduqları üçün aralarında nəsə olmuşdu. Müəllim indi ona diqqətlə baxır. Hər şey indi yaxşıdır”. Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR
Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR
Valideyn bağçada övladının döyüldüyünü deyir: “Elə vurmuşdu ki, başı stola dəymişdi...” - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ