yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İcra başçısı Milli Mətbuat Günü ərəfəsində jurnalisti həbs etdirir – prezidentə qarşı…

İcra başçısı Milli Mətbuat Günü ərəfəsində jurnalisti həbs etdirir – prezidentə qarşı…
19-07-2018, 18:17 331 dəfə baxılıb

Prezident ötən il Milli Mətbuat Günü jurnalistlərlə görüşündə media nümayəndələrinin onun köməkçiləri olduğunu bəyan etdi.

Dövlət başçısı qeyd etdi ki, jurnalistlər ictimai nəzarəti gücləndirməlidir və onların məmurların qanunsuz əməllərini araşdırması özünə kömək etməkdir.

Prezident bəzi məmurların qanunsuz fəaliyyəti haqda mətbuatdan məlumatlı olduğunu gizlətmədi və jurnalistləri özünün köməkçisi elan etdi.

Amma məmurlar azad sözə, tənqidi fikirlərə, jurnalist araşdırmasına düşmən kəsilərək peşə fəaliyyətini yerinə yetirməyə müdaxilələr edirlər.

Məmurların qanunsuz əməllərini ifşa edən jurnalistlər təhdid edilir, həbslə hədələnir, məhkəməyə verilir və sifarişlə cəzalandırılırlar.

Milli Mətbuat Gününə 4 gün qalmış həbs təhlükəsi ilə üzləşən və məmur tərəfindən təzyiqə məruz qalan jurnalistlərdən biri də DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərovdur.

O, Ağsunun icra başçısı Ənvər Seyidəliyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib və həbsi tələb olunur.

Ə.Seyidəliyev prezidentin jurnalistlərə qayğısına, dövlətin mətbuata dəstək siyasətinə zidd gedərək barəsində tənqidi ittihamları işıqlandırmış jurnalisti tutdurur.

Belə ki, Ağsudan gələn şikayət əsasında DogruXeber.az-ın baş redaktoru K.Əsgərova rayona ezam olub.

O, müraciət edən rayon sakinləri ilə görüşüb, şikayətləri ilə tanış olub. Sakinlər Ağsunun icra başçısı Ə.Seydəliyevin fəaliyyətindən narazılıq ediblər.

Şikayətçilərdən biri də ötən gün müraciətini təqdim etdiyimiz Oruclu Adil Aydın oğludur. O, video müsahibəsində Ə.Seydəliyevin 80 minlik kafesini sökdürdüyünü və əvəzində 1000 manat verdiyini açıqlayıb.

Eyni zamanda digər rayon sakinlərinin problemləri və şikayətləri ilə əlaqədar jurnalist Ağsu RİH-nə üz tutub.

Jurnalist KİV haqqında Qanunun tələbinə uyğun olaraq və jurnalistikanın peşəkarlıq prinsiplərinə riayət edərək, RİH başçısının mövqeyini öyrənməyə cəhd göstərib.

Ağsu RİH-nin mühafizə polisinə jurnalist olduğunu söyləyən K.Əsgərov şikayətlərlə bağlı qarşı tərəfin də münasibət bildirməsini öyrənmək istədiyini deyib.

Polis icra hakimiyyətinin məsul şəxslərindən kiminləsə əlaqə saxladıqdan sonra icra başçısının jurnalistə açıqlama verməyə vaxtı olmadığını bildirib.

Bundan sonra şikayətçilərin RİH-nin qarşısındakı fotolarını çəkən jurnalist süjeti Dogruxeber.az-da yayıb və rayon rəhbərliyinin mövqeyini dərc etməyə hazır olduğnu bir daha xatırladıb.

Amma icra başçısı əvəzində heç bir qanunauyğunluğu gözləməyib, rəy bildirməyib, şikayətçi A.Oruclunu və jurnalist K.Əsgərovu məhkəməyə verib.

Prezidentin köməkçisi elan etdiyi jurnalisti məhkəməyə verən və həbsə göndərməyə hazırlaşan icra başçısı dövlətin siyasətinə qarşı gedir.

Eyni zamanda KİV haqqında qanunun tələbinə uyğun olaraq, journalist onun mövqeyini öyrənməyə çalışıb, açıqlama verməkdən imtina edib.

Bu halda məhkəmənin işə baxması mümkün deyil. Çünki jurnalist qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırdır, üstəlik hər hansı böhtan və ya təhqirdən söhbət gedə bilməz ki, xüsusi ittiham qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etsin.

Artıq məhkəmədən A.Orucluya bildiriş gəlib və həm mülkünü söküb, onu müflis edən icra başçısı dövlətin sahibkarlığa dəstək siyasətinin əleyhinə gedir, həm də iş adamının problemini işıqlandıran jurnalisti həbs etdirmək fikrinə düşüb.

Üstəgəl, şikayətçilər Ağsu RİH-nin qarşısında olarkən binanın 2-ci mərtəbəsindən baxaraq istehza ilə gülüşü xüsusi xatırlanmalıdır.

Halbuki, şikayətçilərin arasında şəhid anası, Qarabağ veteranı, 2-ci və 3-cü qrup əlillər var idi. Amma Ə.Seyidəliyevi vətəndaşların problemini həll etmək yox, şikayətçini və jurnalisti məhkəməyə vermək maraqlandırır.

Prezident dəfərlərlə icra başçılarına xəbərdarlıq edib ki, vətəndaşları incitməyin, əhali ilə işləyin. Amma Ağsunun başçısı məhkəmə hakimi Tahir İsmayılovu jurnalisti cəzalandırmaq üçün təlimatlandırmaqla məşğuldur.

Hətta hansı şəkildə sifariş veribsə, hakim özu sayt rəhbərinə zəng edərək məhkəməyə gəlməsini təkid edib. Hərçənd, K.Əsgərovun qeydiyyatı Cəbrayıl rayonunadır və iş bu rayon məhkəməsinə verilməlidir. Amma hakim israr edir ki, jurnalist Ağsuya getsin.

Bir sözlə, icra başçısı və hakim prezidentin mətbu siyasətinə qarşı gedərək Milli Mətbuat Günü ərəfəsində jurnalisti həbs etməyə can atır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ