SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda yüksək mahnı səsinə görə kafe sahibi cərimələndi

Bakıda yüksək mahnı səsinə görə kafe sahibi cərimələndi

Tarix:

28-04-2018, 12:40

/ 2 226 dəfə oxundu.
Bakıda yüksək mahnı səsinə görə kafe sahibi cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirliyin saytına istinadən xəbər veririk ki, kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Şərhlər

XƏBƏR LENTİ