Daha bir rəis cərimələndi - Ağaca görə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən daxil olan məlumata görə, əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.
Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan 1saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 135 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Sahib Quluyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.
Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün S.Quluyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək