SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İslahatlar universitetlərə çatdı: Korrupsioner rektorlar qovulacaq

İslahatlar universitetlərə çatdı: Korrupsioner rektorlar qovulacaq

Tarix:

22-02-2017, 00:11

/ 2 117 dəfə oxundu.
İslahatlar universitetlərə çatdı: Korrupsioner rektorlar qovulacaq

Azərbaycanda adı korrupsiyada hallanan rektorların istefasına hazırlıq gedir

Təhsil sistemində də şəffaflıq və idarəçilikdə islahatlar üçün kadr dəyişiklikləri başlanır.

Mənbənin qeydlərinə görə, hakimiyyət bütün zümrələr və sahələr üzrə köklü dəyişikliklərə gedir. Bu reformların ali məktəblərin rektorlarına da çatacağı bildirilir.

Qaynağımız bildirir ki, adı rüşvətdə çox hallanan dövlət ali məktəblərinin rektorları ilə vida mərasimi olacaq. Bu il ərzində bir neçə rektorun başının gedəcəyi gözlənilir. İndiyə qədər mətbuatda bir neçə rektorun adı rüşvətdə hallanıb ki, bəziləri haqda tez-tez yazılır.

Məsələn, Dövlət İqtisad Universiteti, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Texnologiyalar Universiteti barəsində müxtəlif neqativ məlumatlara rast gəlmək olar. Habelə, şəhər və regionlarda yerləşən universitetlərdən də şikayətlər var.

Hakimiyyət tam yeni strateji siyasətə keçid edib. Bu inqilabi islahatlar təhsil sektorunda əl gəzdirməklə müşayiət olunacaq.

Azərbaycanda bir sıra özəl ali məktəblərin bağlanması prosesi gedir. Bu universitetlərin əksəriyyəti ayrı-ayrı məmurların kurasiyasındadır və gəlir mənbəyi kimi fəaliyyət göstərir.

Gələn xəbərlərə görə, həmin təhsil ocaqları bazara çevrilib və şəxsi ciblərə milyonlar axır. Bu universitetlərin diplomu da heç yerdə tanınmır və nüfuzu olmayan təhsil müəssisələridir.

İllərdir özləri qoyduğu qaydalarla işləyən və milyonlar qazanaraq təhsilin səviyyəsini düşünməyən özəl universitet rektorları ilə bağlı yuxarı instansiyalara ciddi şikayətlər göndərilir.

Bu islahatların qarşıdakı dönəmdə daha sürətli xarakter alacağını rəsmilər də etiraf etməyə başlayıblar. Halbuki aylardır ali məktəblərlə bağlı proses getdiyini yazırdıq.

Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiyalar Universiteti, Dövlət Neft Akademiyası, Bakı Neft Ali Məktəbi struktur islahatları çərçivəsində birləşə bilər.

Eyni zamanda Dövlət Pedaqoji Universiteti ilə Müəllimlər İnstitutunun birləşməsi gözlənilir. Həmçinin, “Bakı Kooperasiya”, “Odlar Yurdu”,”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

Ölkə rəhbərliyinin təhsil sektorunda inqilabi dəyişikliklər planı var. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalardan biri də bu sahəni tənzimləmək və çatışmazlıqları aradan qaldırmaqdır.

Şərhlər

XƏBƏR LENTİ