SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Medera Hospital”da rəzalət-qızdırmalı uşağı pula görə qapıdan qovdular

“Medera Hospital”da rəzalət-qızdırmalı uşağı pula görə qapıdan qovdular

Tarix:

26-03-2018, 15:12

/ 2 449 dəfə oxundu.
“Medera Hospital”da rəzalət-qızdırmalı uşağı pula görə qapıdan qovdular

Ölkə səhiyyəsindəki bərbad vəziyyətlə bağlı 100-lərlə yazı yazmışıq. Bundan sonra da bu mövzunu diqqətdə saxlamağı özümüzə borc bilirik. Çünki, br ölkənin gələcəyi, inkişafı, zəmanəti həmin ölkədəki təhsil və səhiyyənin səviyyəsindən asılıdır. Azərbaycanda isə hər iki sahədə ürək ağrıdan proseslər gedir.
Özəl klinikalarda da vəziyyət ürıkaçan deyil.


Sfera.az xəbər verir ki, "facebook” sosial şəbəkəsində Mübariz Aslanov adlı istifadəçi "Medera Hospital” klinikası haqda yazıb:
"Bakıda Medera klinikasında Əli Quliyev adlı biri var,ondan gördüyüm insanlıq faciəsin, rəzaləti heç yerdə görmədim. 2 gündür sudoroqa altında olan uşağı bunun yanına qaçırmışam.10-15 dəqiqəlik qəbulu 50-azn-dir.


Bu heç.Əvvələr də yanında olmuşduq, bir-iki dost təriflədi deyə məbbur ona üz tutduq.(Görünür pul "öz işini” görüb bu zaman içində)
Üstümdə yeganə vəsait ancaq kartda qalmışdı,neçə gündür diğər həkimlərə baş vurma səbəbindən nağd pulum yox idi.
İndi bu klinikanın ödəniş terminalında nə baş verdisə kartdan çıxara bilmədilər (kartda pul var).
Allahdan kassadakı xanım möhürü vurub üstünü yazdı ki, "əsas həkim uşağa baxsın, çıxanda bir tin aşağıda bankomat var, ordan çıxararsız, problem deyil.”

Qalxdım Əli Quliyevin yanına , otağın qarşısında qəbzi verib növbəmi gözlədim. Düz 40 dəqiqə (qızdırmalı balaca ilə) gözlətdikdən sonra kağıza baxıb ultimatum verir ki, " yalnız pulu keçirtdikdən sonra uşağa baxa bilərəm, buraxmayın, qaytarın getsin bankomat tapıb ödəsin.”
Bilirsiniz ,mən heç nə demirəm.Onsuz da hər bir ata mənim nə keçirdiyimi, bu hissin nə demək olduğunu anlayır.
Heç pullu xidmətdən də şikayətçi deyiləm.

Zatən kassadan məni arxayın edib yuxarı göndərməsələr, gedib bir yerdə tapıb çıxardacaqdım kartdan.
Məni hər 15-20 dəqiqəsi 50 manat olan bir tibb işçisinin , bir təcili ona ehtiyacı olan uşaq üçün hələ də həkim ola bilməməsi dəhşətə gətirdi.
O sadəcə 15-20 dəqiqə səbr etməli idi. Bir az düşük səslənsə də artıq elə usandım ki, heç cəhd də etmərəm ki, bu uşağın sağalmasına.
Böyüyüb əlinə silah alıb bu bazarkomu qoruyacaq?

Axı o, 15 dəqiqəlik 50 manatı gözləyə bilmədiyi üçün bunu qorumadı..”
“Medera Hospital”da rəzalət-qızdırmalı uşağı pula görə qapıdan qovdular
“Medera Hospital”da rəzalət-qızdırmalı uşağı pula görə qapıdan qovdular

Şərhlər

XƏBƏR LENTİ