SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir?

Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir?

Tarix:

27-11-2017, 17:05

/ 2 241 dəfə oxundu.
Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir?

İki gün əvvəl Bakıda baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Noyabrın 25-də, saat 4:00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilonun idarə etdiyi “Range Rover” markalı avtomobillə vurub öldürdüyü şəxsin 1964-cü il təvəllüdlü Mehdiyev Oqtay Əsgərxan oğlu olduğu məlum olub.

Qeyd edək ki, yolu keçərkən “Range Rover”in altında qalan piyada hadisə yerində ölmüşdü.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ