Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir?

Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir? İki gün əvvəl Bakıda baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Noyabrın 25-də, saat 4:00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilonun idarə etdiyi “Range Rover” markalı avtomobillə vurub öldürdüyü şəxsin 1964-cü il təvəllüdlü Mehdiyev Oqtay Əsgərxan oğlu olduğu məlum olub.

Qeyd edək ki, yolu keçərkən “Range Rover”in altında qalan piyada hadisə yerində ölmüşdü.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Geri qayıt