SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Keçmiş nazirin də şirkətində maaş böhranı var - ŞİKAYƏT VAR

Keçmiş nazirin də şirkətində maaş böhranı var - ŞİKAYƏT VAR

Tarix:

10-02-2017, 09:54

/ 2 083 dəfə oxundu.
Keçmiş nazirin də şirkətində maaş böhranı var - ŞİKAYƏT VAR

Son zamanlar Azərbaycanda maaşını vaxtında ala bilməyənlərin şikayətləri çoxalır. İşçilərinin maaşını ödəyə bilməyənlər arasında istər dövlət büdcəsindən maliyyələşən, istərsə özəl qurumlar var.

Məsələn, “İmprotex İndustries” şirkətlər qrupuna daxil İmprotex Metal Konstruksiya zavodunun işçiləri deyirlər ki, iki aydır maaş almırlar.

“Biz SOCAR-ın sifarişi ilə tikilən binanın metal konstruksiya işlərini görürük. İki aydır maaşımızı ala bilmirik. Bizə heç bir izahat vermirlər. Dəfələrlə mühasiblə, rəhbərliklə danışmışıq. Xeyri yoxdur... Yalnız bir gün qabaq deyiblər ki, VÖEN açdırın. Axı bu vergi məsələsini şirkət özü həll etməlidir. Bir də, söhbət vergi məsələsidirsə, iki aydır niyə yubadırlar, əvvəldən deyəydilər də”.

Ancaq şirkətdən Fəridə Ələkbərova deyir ki, məlumat doğru deyil, maaşların verilməsində yubanma yoxdur, dekabr maaşı ödənilib və yanvar maaşı da bu həftə ərzində ödənməlidir.
Sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiə Naziri Füzuli Ələkbərova məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ