SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nikoyl” bankda daha bir özbaşınalıq - Vətəndaş xaricə müalicəyə gedə bilmir

“Nikoyl” bankda daha bir özbaşınalıq - Vətəndaş xaricə müalicəyə gedə bilmir

Tarix:

13-09-2017, 13:23

/ 54 959 dəfə oxundu.
“Nikoyl” bankda daha bir özbaşınalıq - Vətəndaş xaricə müalicəyə gedə bilmir

“Nikoyl” bank müştərisinə 20 min manatlıq maşını 70 minə sırıyıb və vətəndaşın xarixə xaricə çıxışını əngəlləib

“Seat İbiza” markalı maşına görə 42 min dollar ödəmişik. Bu günki kursla 70 min manatı aşır. Bu günə qədər 1 dəfə də olsun gecikməm olmayıb. Avtomobilin bu gün bazar qiyməti 20 min manatdır. Manatla götürəndə bu gün banka 3 “Seat İbiza”nın pulunu ödəmişəm. “Nikoyl” bankın risk şöbəsi isə dəxli olmayan bəhanələrlə günlərlə bizi xaricə müalicəyə getməyimizi yubatdı. Sonda da deyirlər ki, banka maşına görə qalan 7 min min dollardan artıq məbləği depozit qoyun, maşınla xaricə çıxmağınıza icazə verək. Halbuki, bankın daimi müştərisiyik. Hesab edirəm ki, bank rəhbərliyi risk şöbəsinə tutduğu vəzifəyə uyğun olmayan şəxsi təyin edib”.
Bu sözləri adının çəkilməsini istəməyən bankın müştəri deyib. “Nikoyl” bankın müştərisi ona göstərilən xidmətdən narazıdır. Deyir ki, 14 gün əvvəl banka müraciət edərək bank vasitəsi ilə kreditə götürülmüş avtomobili ilə xaricə getməsinə icazə istəyib.
“Avtomobilin hazırda 6 aylıq ödənişi qalıb. Avtomobili 36 aylıq kreditlə almışam. Ötən müddət ərzində 1 dəfə də olmayıb ki, banka pulu gec ödəyim. Bütün ödəmələri vaxtdan bir neçə gün əvvəl həyata keçirmişəm. Ümumilikdə bundan əvvəl də “Nikoyl” bankdan 3 dəfə kredit almışam, heç vaxt gecikmə olmayıb. Xaricə nəqliyyat vasitəsi ilə çıxışla bağlı müraciət etdikdə dedilər ki, problem yoxdur. Əvvəl dedilər ki, yazılı müraciət et. Etdim, cavab vermədilər. Banka getdim, şifahi dedilər ki, bank icazə vermir. Bunu rəsmi bildirmələrini xahiş etdim. Bundan sonra bankın İlahə adlı xanım əməkdaşı zəng etdi. Dedi ki, problemi aradan qaldıracaq. Sonradan bankın risk şöbəsinin Rauf adlı müdiri xəbər yolladı ki, gedib maşına 2018-ci ilin yanvarına qədər sığorta alsın. “Paşa sığorta”ya müraciət etdim. Oardan da dedilər ki, bu vaxta qədər heç bir bank belə bir sığorta tələb etməyib. Qanun bankın tələb etdiyi müddətə - 4 aylıq sığorta verilməsinə icazə vermir. Maksimum 30 gün müddətinə belə bir sığorta verilə bilər. Yaşıl sığorta olan yerdə belə bir sığorta tələbi qanunsuzdur” –deyə bankın müştərisi şikayətlənir.

Şikayətçi bildirir ki, sığorta məsələsi ilə məşğul olarkən bankın daha bir qanunsuzluğu üzə çıxıb:

“Maşın kreditə götürülərkən “Garant sığorta” şirkətində 3 il müddətinə avtokasko sığorta olunub. Həmin müddət bir neçə ay əvvəl bitib. Bank həmin sığortanı təzələməyə borcludur. Amma təzələməyiblər. Qənaət ediblər. Deməli bir hadisə olsaydı, mən bankın müştərisi olaraq pis durumda qalacaqdım. Bankın bu cür davranışı müştəri olaraq məni çox mütəəssir edir və hüquq mühafizə orqanlarına, Mərkəzi banka müraciət etmək qərarına gəlmişəm. Bank mənim kimi müştərilərin hesabına maaş verib işçi saxlayırsa, zəhmət çəkib savadlı, öz işini bilən işçilər saxlasınlar. Sığorta işini bilməyən şəxsin bankda nə işi var? Yaxşı müştəriləri bankdan qaçırmaqla nəyə nail olmaq istəyirlər?”

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

MilliYol.az

Şərhlər

XƏBƏR LENTİ