“Nikoyl Bank”dan 45 milyon manat zərər
“Nikoyl Bank”ın bu ilin I yarısı üzrə maliyyə göstəriciləri məlum olub.
AFN-in məlumatına görə, tia.az bankın hesabatına istinadən xəbər verir ki, rekord zərər qeydə alınıb. Belə ki, 2017-ci ilin birinci yarısında 580 min manat xalis mənfəət əldə edən Bank bu ilin eyni dövründən 45,861 milyon manat zərərlə çıxıb.
6 ay ərzində “Nikoyl Bank”ın faiz gəlirləri 32,601 milyon manat, faiz xərcləri 8,338 milyon manat, qeyri-faiz gəlirləri 3,545 milyon manat, qeyri-faiz xərcləri 10,239 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 63,43 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə “NikoylBank”ın aktivləri 446,473 milyon manat olub ki, bu da illik müqayisədə 8% çoxdur. Bunun 207,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,8% böyüyüb.
Hesabat dövründə “Nikoyl Bank”ın öhdəlikləri 5,7% artaraq 392,524 milyon manata çatıb. Bunun 257,077 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 9,6% böyüyüb.
Maliyyə qurumunun Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyiisə 7,45% azalaraq 37,3 milyon manata düşüb.
İl ərzində “Nikoyl Bank”ın balans kapitalı isə 28,8% artaraq 53,949 milyon manat təşkil edib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək